| Forum |
|
|
|
| 08-04-2007 |
| Güneyli soydaşımız Bakıda həbs edildi |
GAMOH-un İdarə Heyətinin üzvü İrana deportasiya oluna bilər GAMOH-un Bakı ofisinin İdarə Heyətinin üzvü Hadi Musəvi aprelin 6-da gecə saat 00:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti İdarəsinin əməkdaşları tərəfindən yaşadığı mənzildə həbs edilib. H.Musəvi hazırda Miqrasiya Xidməti İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılır. Xəbəri təsdiqləyən CAMOH-un Bakı ofisinin rəhbəri Ağrı Qaradağlı qəzetimizə açıqlamasında hadisədən xəbərdar olduğunu və Miqrasiya Xidməti İdarəsinin təcridxanasının rəisi ilə telefon əlaqəsi yaratdığını bildirdi: "Təcridxananın rəisi dedi ki, Hadi Musəvi Azərbaycanda qeyri-qanuni yaşayır. Bundan başqa bizə heç bir məlumat vermədilər. Güman edirəm ki, onu bir müddətdən sonra İrana deportasiya edə bilərlər". GAMOH-un Bakı ofisinin rəhbəri onu da vurğuladı ki, hadisə ilə əlaqədar BMT-nin Bakı ofisinə, Daxili İşlər Nazirliyinə və Xarici İşlər Nazirliyinə müraciət etsələr də hələlik heç bir cavab almayıblar. Xatırladaq ki, həbs olunmamışdan öncə H.Musəvi sığınacaq almaq üçün BMT-yə müraciət etmişdi. Onun ilk müraciətinə mənfi cavab verilsə də, BMT qanunlarına görə GAMOH üzvünün daha iki dəfə müraciət etmək hüququ var. Tərlan
|
|
| Oxunub: 481 dəfə. |
|
|