Hər bazar günü.
Axtarış: 
09-02-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
Siyasət.

EKSPERTLƏR SOÇİ GÖRÜŞÜNÜN NƏTİCƏSİZ BİTMƏSİ QƏNAƏTİNDƏDİRLƏR
Kriminal.

Salyanlılara kömək edən tapılmadı
Təhsil.

Təhsil krediti
Reyting
Forum
Forum
Arxiv:
05-08-2007
 Güney Azərbaycanda mübarizə səngimir
Güney Azərbaycanda mübarizə səngimir

   İran rejimi milli hərəkatçılara dəhşətli işgəncələr verir
   
   Güney Azərbaycanda fars rejimi tərəfindən milli hərəkatçılara qarşı təqiblər bu həftə də davam edib. Bu barədə "Alma"ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı Bakı bürosunun (GAMOH) sədri Ağrı Qaradağlı məlumat verib: "Ötən həftə milli hərəkatçı Əli Miradiyə bir il həbs cəzası kəsilib. O, fevralın 21-də həbs olunmuşdu. İndiyə kimi də qeyri-qanuni olaraq həbsdə saxlanılırdı. Bu yaxınlarda qanunsuz məhkəmə qurularaq, ona həbs cəzası verilib.
   Şəhid Cəlil Abidinin atasına Ettelaat tərəfindən edilən təzyiqlər səngimir. Cəlil 2006-cı ilin may hadisələri zamanı şəhid olmuşdu. Onu Ettelaatın zabiti hamının gözü qarşısında nümayişkaranə şəkildə güllələmişdi. İndi Cəlilin atasından tələb edirlər ki, həmin zabitə qarşı şikayətini geri götürsün. Əks təqdirdə onu sürgün edəcəkləri ilə hədələyirlər. Cəlili güllələyən zabitsə hələ də azadlıqdadır. May hadisələrinin il dönümü qeyd edilərkən həbs olunan 16 yaşlı milli hərəkatçı isə Məhəmmədrza 50 gün qanunsuz həbsdə saxlandıqdan sonra nəhayət azadlığa buraxılıb".
   A.Qaradağlıdan onu da öyrəndik ki, İran rejimi azərbaycanlıların hüquqlarını müdafiə edən mətbuat orqanlarına qarşı da zorakı davranışından əl çəkmir: "Bu həftə daha bir qəzetin- "Heydər baba"nın nəşri dayandırıldı. Həmin mətbu orqanda siyasi şeirlər, milli mentalitetimizlə bağlı yazılar dərc olunurdu".
   GAMOH-un Bakı bürosunun sədri əmindir ki, İran hakimiyyəti azərbaycanlılara qarşı nə qədər sərt münasibət göstərsə də, haqları uğrunda mübarizəyə qalxanlar geri çəkilməyəcək.
   Aynur

Oxunub: 245 dəfə.
Turanə Rəsul
Yasaq sevgilər...Turanə Rəsul
Fəxrəddin Hacıbəyli
"Haqqyolu"nda olanlara xatırlatmaFəxrəddin Hacıbəyli
Orxan Kərimov
Azərbaycan gəncinin məşğuliyyətiOrxan Kərimov
Məhəmməd Rza Ləvai
Dan yeri qızarır...Məhəmməd Rza Ləvai
Pərviz Əzimov
Jurnalist rəzaləti...Pərviz Əzimov
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox