Hər bazar günü.
Axtarış: 
03-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
30-09-2007
 Fars rejimi müəllimləri sürgün edir
Fars rejimi müəllimləri sürgün edir

     
   İranda azərbaycanlılara edilən zülmlər daha da artıb
   
   Ötən həftə İran rejimi milli hərəkatçılara qarşı ağlasığmaz təqiblər həyata keçirib. Güney Azərbaycan Milli Oyanış Hərəkatı Bakı bürosunun (CAMOH) rəhbəri Ağrı Qaradağlının verdiyi məlumata görə, yeni dərs ilinin başlanması ilə bağlı keçirilən etirazlardan sonra universitet və məktəblərdə tətbiq olunan polis rejimi bir qədər də ciddiləşdirilib: "Təhsil müəssisələrində sanki hərbi rejim yaradılıb. Ettelaat qüvvələri məktəbləri mühasirəyə alıb.
   Ərdəbildən aldığımız məlumata görə, bir sıra milli hərəkatçılara Ettelaat qüvvələri tərəfindən vəhşicəsinə işgəncələr verilib. Asif İbrahimzadə və Vedut Səadət daha çox işgəncələrə məruz qalıb. Onların iş yerlərinə də hücum edilib və dükanları qapadılıb. Aldığımız məlumatlara görə, həbsdə saxlanılan milli hərəkatçılara da işgəncələr verilir. Ərdəbildə saxlanılan siyasi dustaqlardan birinin üz-gözü tanınmaz hala salınıb, bir nəfərin isə dişləri sındırılıb. Sentyabrın 22-də Təbrizdə keçirilən məhkəməyə Abbas Lisanini gətirməyiblər. Məhkəmə onun iştirakı üçün çağırış vərəqi göndərsə də, Ərdəbil həbsxanasının rəhbərliyi bu çağırışa məhəl qoymayaraq, Abbas bəyin məhkəmədə iştirakına icazə verməyib".
   A.Qaradağlının sözlərinə görə, nəhayət Cavad Həsənpurdan xəbər çıxıb. Cavad bəy ailəsi ilə telefon əlaqəsi qurub və bildirib ki, Ettelaat qüvvələri şəxsi maşınını ailəsinə təhvil verəcəklər. Belə də olub və Cavad bəyin maşını ailəsinə qaytarılıb.
   Təbriz İnqilab Məhkəməsinin hakimi Cavad bəyə 60 gün həbs cəzası kəsib. Yeni dərs ilinin başlanması ərəfəsində keçirilən etirazlar vaxtı saxlanılmış 9 nəfər müəllimə isə Həmədanda hökm oxunub. Bu barədə "Alma"ya danışan A.Qaradağlı onların iğtişaşlar yaratmaqda, qeyri-qanuni vərəqələr yaymaqda ittiham edildiyini deyib: "Müəllimlərə 60 gündən 36 aya qədər sürgün cəzaları kəsilib. Onlarsa məhkəmə zamanı heç bir qanun pozuntusuna yol vermədiklərini, Konstitusiyanın 27-ci maddəsinə əsaslandıqlarını bildirsələr də, etirazları məhkəmə tərəfindən qəbul olunmayıb".
   Bəhruz

Oxunub: 323 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox