Hər bazar günü.
Axtarış: 
03-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
02-03-2009
 Molla rejimindən görünməmiş həyasızlıq
Molla rejimindən görünməmiş həyasızlıq

   Fars irticası indi də park salmaq adı ilə bütöv türk kəndini dağıdır
  
   İranın irtica rejimi Güney Azərbaycanda türk dilində nəşr olunan mətbuat orqanlarına qarşı təqibləri gücləndirib. Bu barədə "Alma"ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı məlumat verib. Ağrı bəy bildirib ki, artıq rejimin təzyiqləri nəticəsində bir qəzet öz nəşrini dayandırmaq məcburiyyətində qalıb: ""İşıq Ay" adlı bu qəzet Yəzd şəhərində nəşr olunurdu. Qəzetin təsisçisi Yəzd Universitetinin müəllimi Vəhid Əsgəriyə universitetin rektoru tərəfindən qəzetin nəşrini dayandırmaq təklif olunub. Rektor özü isə ETTELAAT əməkdaşlarının hədələyici zənglərindən sonra belə təkliflə çıxış edib".
   Ərdəbil şəhərində isə universitet tələbəsi, milli hərəkatçı Məhəmməd Sadiqinin ETTELAAT qüvvələri tərəfindən saxlanıldığını bildirən Ağrı bəy deyib ki, hələlik onun harada saxlandığı barədə məlumat yoxdur: "Xatırladıram ki, bu milli hərəkatçının iki qardaşı - Ramin və İbrahim də təxminən bir ay bundan əvvəl ETTELAAT qüvvələri tərəfindən oğurlanmışdılar. Onları bir müddət gizli şəkildə saxladıqdan sonra ETTELAAT-ın Ərdəbil həbsxanasına köçürüblər. Ərdəbil Universitetinin daha bir tələbəsi Vedut Səadəti Rəşt şəhərinin İnqilab məhkəməsinə çağırılıb. Bu hərəkatçı Güneydə insan haqlarının müdafiəçisi kimi də tanınır. Təxminən bir ay əvvəl də Rəşt İnqilab məhkəməsində Vedut bəy dövlət əleyhinə təbliğat aparma maddəsi ilə ittiham olunmuşdu və bəraət almışdı. Ancaq görünür, rejim qüvvələri onu həbs etdirməkdə qərarlıdırlar və ona görə də hərəkatçını yenidən məhkəməyə çağırıblar".
   GAMOH yetkilisi deyib ki, molla rejiminin zorakı qüvvələri Rəştdə daha bir rəzaləti gerçəkləşdirməyə çalışırlar: "Park salmaq adı altında şəhərdə türk ailələrinin kompakt şəkildə yaşadığı bütöv bir küçəni dağıtmaq istəyirlər. Artıq vətəndaşların evlərinə möhürlər vurulub və onlardan tələb edirlər ki, özlərinə başqa yerdə yaşayış yeri axtarsınlar. Rejim qüvvələri vətəndaşlara bildiriblər ki, evləri sökülən şəxslərə heç bir kompensasiya verilməyəcək".   

   Aynur Zeynallı

Oxunub: 228 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox