| Forum |
|
|
|
| 25-01-2010 |
| ROBERT BRADTKE QARABAĞA GƏLİB |
“Mən iki prezidentin - Əliyev və Sarkisyanın bu həftə keçiriləcək görüşünə hazırlıqları başlamaq üçün regiona gəlmişəm. Bu görüşə şəxsi hazırlığıma gəlincə, həm əhalinin, həm də rəhbərliyin mövqeyini dinləmək üçün Qarabağa gəlməyi vacib saydım”. Bu barədə Qarabağa gələn ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke bildirib. Bu gün o, separatçıların lideri Bako Saakyanla iki saatlıq görüş keçirib. “ATƏT-in Minsk qrupu bu gün bilavasitə Ermənistan və Azərbaycan prezidentləri ilə işləyir və biz Dağlıq Qarabağ rəhbərliyinə görülmüş işlər barədə məlumat vermək üçün müntəzəm olaraq Qarabağa gəlirik”, deyə Bradke qeyd edib. “Biz danışıqların statusu və müzakirə predmeti haqqında məlumat veririk”, deyə diplomat əlavə edib. Öz növbəsində, Ermənistan tərəfi təsdiq edib ki, Saakyanın Bradke ilə görüşündə Qarabağ münaqişəsinin nizamlanmasının hazırki mərhələsi və perspektivlərinə dair məsələlər müzakirə olunub. Saakyan Bakı ilə birbaşa danışıqlar aparılmasının tərəfdarı olduğunu bildirib və Qarabağın müstəqillikdən imtina etməyəcəyini təkrar edib. Görüşdə həmçinin Ermənistan-Türkiyə münasibətləri müzakirə olunub. Öz növbəsində, Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan Azərbaycanı münaqişənin hərbi yolla həlli ilə hədələməkdə ittiham edib və Bakının bu hədələrinin Ermənistanda heç kimi qorxutmadığını bildirib.
|
|
| Oxunub: 45 dəfə. |
|
|