Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
25-01-2010
 EDVARD NALBANDYAN AHMET DAVUTOĞLUNA ŞİKAYƏT EDİB
EDVARD NALBANDYAN AHMET DAVUTOĞLUNA ŞİKAYƏT EDİB
   Ermənistan tərəfin təşəbbüsü ilə çərşənbə günü Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla Türkiyə XİN rəhbəri Ahmet Davutoğlu arasında telefon danışığı olub. Söhbət zamanı Ermənistan Konstitusiya Məhkəməsinin yanvarın 12-də qəbul etdiyi qərarla bağlı Türkiyə XİN-in narazılığı müzakirə olunub. Bu barədə “Azadlıq” radiosu xəbər yayıb.
   Bazar ertəsi Türkiyə XİN-i Ermənistan Konstitusiya Məhkəməsinin yanvarın 12-də Ermənistan-Türkiyə protokollarının Ermənistan Konstitusiyasına uyğunluğu barədə qəbul etdiyi qərarı pisləyərək, qərarda ilkin şərtlər olduğunu və bunun Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini şübhə altına qoyduğunu bildirib.
   Nalbandyan deyib ki, Ermənistanda ratifikasiya prosesi müəyyən edilmiş qaydada, ləngimədən gedir ki, KM-nin müəyyən edilmiş müddətdən bir ay tez qərar qəbul etməsi bunu sübut edir.
   Elə həmin gün Türkiyə baş naziri Recep Tayyip Erdoğan Ermənistan KM-in qərarı ilə bağlı fikir bildirib. Türkiyə KİV-lərinin yaydığı məlumata görə, Erdoğan qeyd edib ki, Ermənistan KM-in qərarı bütünlükdə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesinə zərər vura bilər.
   Ankaranın narazılığına Ermənistan KM-in qərarında Türkiyənin ərazi bütövlüyünü şübhə altına qoyan ilkin şərtlər olması səbəb olub.
   Ermənistan müşahidəçiləri Ermənistan Konstitusiyasının Türkiyəni müasir sərhədləri daxilində tanımadığını etiraf edirlər. Buna görə ölkə Konstitusiyasına dəyişikliklər edilməsi məsələsi ortaya çıxır.
Oxunub: 43 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox