Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
25-01-2010
 HİLLARİ KLİNTON: “ABŞ BÜTÜN DÜNYADA İNTERNETİ DƏSTƏKLƏMƏKDƏ DAVAM EDƏCƏK”
HİLLARİ KLİNTON: “ABŞ BÜTÜN DÜNYADA İNTERNETİ DƏSTƏKLƏMƏKDƏ DAVAM EDƏCƏK”

   Yanvarın 21-də axşam ABŞ dövlət katibi Hillari Klinton İnternet azadlığı haqqında nitqlə çıxış edib. Onun çıxışı İnternetdə yayımlanıb və bütün dünyada böyük auditoriya toplayıb. Azərbaycanda da bu çıxış diqqətlə izlənilib. ABŞ-ın Bakıdakı səfirliyi Mətbuat Mərkəzində Gəncə, Lənkəran və Xaçmazdan olan jurnalistlərin və İnternet istifadəçilərinin iştirakı ilə müzakirələr təşkil edib.
   
   “Məhdudiyyətlər təcrübəsinin yayılması ilə dünyanın bir çox ölkələrində yeni informasiya pərdələri çəkildi. Mahiyyətcə, İnternetdə video və bloqlar günümüzün samizdatına çevrilir”, deyə o qeyd edib. Klinton İnternet azadlığının məhdudlaşdırılması halları olan bir sıra ölkələrin adını çəkib: Çin, Vyetnam, Özbəkistan, Moldova, Şimali Koreya, İndoneziya və digərləri İnterneti boğan ölkələr kimi sadalanıb.
   “Araşdırmalar göstərdi ki, Səudiyyə hökuməti induizm, iudaizm, xristianlıq və hətta islama aid bir çox saytları bağlayır”, deyə o qeyd edib. Çinə gəlincə, bu ölkə Google poçt serverlərinə hücuma görə tənqidə məruz qalıb.
   Dövlət katibi həmçinin “İnternetin zorakılığa, cinayətkarlığa və ekstremizmə qarşı mübarizədə yardım edə biləcəyini” qeyd edib. Bu mənada, o, “insanların İnternet vasitəsilə təşkilatlanmasının demokratiyanın inkişafında həddindən artıq böyük rol oynadığı və vətəndaşlara seçkilərin saxtalaşdırılmasına etiraz bildirmək imkanı verdiyi İran, Moldova və digər ölkələrin” adını çəkib.
   Klinton qeyd edib ki, “hətta ABŞ kimi demokratiyanın inkişaf etdiyi ölkələrdə belə görürük ki, belə alətlər tarixi dəyişə bilər”.
   Klinton həmçinin bildirib ki, fevralda Dövlət Departamenti İnternetdə azadlıq mövzusuna həsr edilmiş “yüksək səviyyəli görüş” keçirəcək. Onun sözlərinə görə, forumun vəzifəsi “İnternet şirkətlərinin səylərini birləşdirməkdən ibarətdir, belə ki, biz yeni əsrin çağırışları fonunda əməkdaşlığı inkişaf etdirmək istəyirik”.
   Klinton bir neçə dəfə vurğulayıb ki, ABŞ dünyada İnternetin inkişafını hər yolla dəstəkləyəcək və bu istiqamətdə müxtəlif layihə və proqramlar həyata keçirəcək. Mətbuat Mərkəzində Hillari Klintonun nitqinin müzakirəsi zamanı Azərbaycanda İnternetdə ifadə azadlığına məhdudiyyətlər olduğu fikri səslənib. Bu, ayrı-ayrı saytların bağlanmasında, forumlarda fikir bildirdiklərinə və ya SMS-məlumatlara görə yuzerlərin təqibində özünü göstərir. Hakimiyyətin bu əməlləri jurnalistlər üçün özünüsenzura mənbəyidir və ifadə azadlığının məhdudlaşmasına gətirib çıxarır.
   İnternetin keyfiyyəti və qiyməti aktual problem olaraq qalır. Azərbaycanla qonşu ölkələrdə qiymətlər aşağı, keyfiyyət isə daha yüksəkdir. Azərbaycanda yalnız paytaxtda genişzolaqlı İnternetə çıxış var. Eyni zamanda, müzakirə iştirakçıları İnternetdə sosial şəbəkənin və xüsusən Facebook və Youtube kimi resursların genişləndiyini qeyd ediblər. Mövcud çətinliklərə baxmayaraq, bu, baş verir.
   Azərbaycanda İnternet istifadəçiləri üçün Hillari Klintonun çıxışında mühüm məqamlardan biri onun ABŞ hökumətinin dünyada İnternet layihələrini dəstəkləməkdə davam edəcəyi vədi olub.
   
   Turan

Oxunub: 54 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox