Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
25-01-2010
 Postmodern planda “Simpsonlar” serialı
Postmodern planda “Simpsonlar” serialı

      Bir düşüncə axını olaraq postmodernizm, ən ümumi anlamıyla keçmişdən və keçmişdə suveren olan dəyərlərdən köklü bir qopuşu ifadə edir. İçində olduğumuz və keçmişlə müqayisədə fərqli bir məzmuna sahib olan dönəmi simgələyən postmodernizm, yeni sosial-kültürəl formalaşmanı təyin edir. Bu anlamda, postmodernizm olaraq adlandırılan kültürəl və estetik meydanagəlmə, bir dönüş nöqtəsi anlamına gəlir və bir çağ dəyişikliyinə işarə edir.
   
   Fredrik Ceymsona görə, gec kapitalizmin kültürəl suverenliyi ya da kültürəl məntiqi olaraq dəyərləndirilə bilən postmodernizm, bir çox “nizam-intizam” qaydalarının əhatə dairəsinə girməkdə və çox müxtəlif iqtisadi, siyasi, sosial və kültürəl çevrilmələrə mesajlar göndərməkdədir. Bu məzmunda çağdaş toplumun kültürəl və sosial təşkilatlanması ilə bağlı seçimlər təqdim edən postmodernizm, müxtəlif sənət formalarındakı modernist üslubu qaranlığa qərq edərək daha əski modernist formalar üzərində əsaslar quran, yeni şüur və təcrübə formaları yaradan gec kapitalist toplumun kültürəl suverenliyidir.
   Mədəni, fəlsəfi, kültürəl və sosioloji düşüncələr silsiləsi olaraq xarakterizə edilə bilən postmodernizm, modern dünyaya və kültürə mesajlar göndərməkdədir. Postmodernizm yüksək mədəniyyət ilə populyar kültür arasındakı sərhədlərlə bərabər, sənət ilə gündəlik yaşam arasındakı sərhədləri bulanıqlaşdıran, dərinlikdən məhrum, mərkəzsiz, təməlsiz, öz-düşüncəli, oyunbaz, törəmə tipli, eklektik, çoxluqçu bir sənətdə az və ya çox əks olunan kültürəl bir üslubdur.
   Postmodernizm, modernist təlimlərin və simvolik nizamların çözülməsini öz bərabərində gətirir. Yaşam dünyalarının çoxluqlaşması ilə ifadə tapan postmodernizmin ən gözə çarpan özəllikləri çeşidlilik, düzənsizlik, şübhəçilikdir. Bu anlamıyla postmodernizm - kültürlərin, kommunal ənənələrin, ideologiyaların, yaşam formalarının ya da dil oyunlarının davamlı və bitməz çoxluğudur.
   İroniyaya, mətinlərarasılılığa və paradokslara dayanan bir düşüncə praktikası olan postmodernizm ilə televiziya tarixinin ən uğurlu istehsal məhsulları arasında yer alan cizgi serialı “Simpsonlar” arasında semantik ortaqlıqlar olduğu ideyası irəli sürülə bilər. 1989-cu ildən bu yana yayınlanan və bütün dünyada geniş bir izləyici kütləsinə sahib olan “Simpsonlar”, ironiya və həcv sənətindən ustalıqla istifadə etməsi, struktural baxımdan həm populyar kültürlə, həm də yüksək kültürlə əlaqələndirilə bilinməsi və göndərmələrlə dolu bir alt mətnə sahib olması səbəbindən ənənəvi cizgi seriallarından və bənzərlərindən fərqlənir. Bu məzmunda “Simpsonlar”, postmodern dönəmə xas bir cizgi serialı olaraq xarakterizə oluna və “mikroskop altına” qoyula bilər.
   Populyar kültür ilə elit kültürə aid ünsürlər ehtiva etməsi və bütün bunları bir sobada əridə bilən fantastik xüsusiyyəti, bir televiziya proqramı olaraq “Simpsonlar”ı fərqli və təkrar-təkrar izlənməyə dəyər edir. Televiziya tarixinin ən uğurlu istehsallarından biri olaraq qəbul edilən “Simpsonlar”, müasir dönəmə xas təsirli və yeni ifadələrə vasitəçilik edən postmodernizm ilə əlaqəli bir görünüş ortaya qoyur. Dolayısı ilə, cizgi serialının postmodernizm ilə əlaqədar olaraq araşdırılması və postmodern ifadələrlə hansı nöqtələrdə uyğunlaşdığının ortaya qoyulması gərəkir. Buna örnək olaraq məsələni pastiş nümunəsində araşdırmaq maraqlı olardı.
   
   Pastiş
   
   Pastiş ya da digər bir deyimlə, “bənzər” - pastiche - bir sənətçinin üslubunu, tərzini, dilini və ya düşüncəsini təqlid edərək və öncəki formadan hərəkət edərək yenidən yaradılan əsər kimi təyin oluna bilər. Digər bir ifadə ilə, sənətkarın dil və izahat xüsusiyyətlərini əsas götürərək, onu xatırladan, ifadə edən yeni bir nümunə ortaya qoymaqdır. Bu anlamıyla stil olayı kimi təyin oluna bilinən pastiş üsulu, sayğı göstərmək, parodiya etmək, tənqid etmək ya da aşmaq kimi məqsədlər üçün istifadə edilir.
   Pastiş, mövcud olan varlıqların lağ dolu, ironik bir qarışığıdır və olayları ciddiyə almağı rədd etməyi, bunların göz qırpma, dil çıxartma kimi göstəricilərindən istifadə etməyi üstün tutur. Potpuri anlamında fərqli işlərdən “götürmələrlə” ortaya çıxarılan bir yaradıcılıq sahəsi kimi da təyin oluna bilən pastiş - ironiya, təqlid və “götürmə” ilə olduğu qədər parodiya (parody) terminlərindən biriylə də anlandırıla bilər. Bu mənada, bir mətnin postmodern olub-ola bilməyəcəyinin “ölçüsü” olaraq qəbul edildiyi hesab olunan pastiş və parodiyanın hər ikisi də ancaq mətinlərarasılıq ilə var ola bilər. Belə ki, digər növlərə aid üslub xüsusiyyətlərinin təqlidi demək olan pastiş və montajlanan, “götürülən” ya da adı zikr edilən əsərlərin əyləndirməyə xidmət etməsi üçün lağa qoyularaq və dağıdılaraq istifadə edilməsi demək olan parodiya, ancaq mətinlərarasılıq məzmununda yer ala bilər.
   Ancaq digər tərəfdən hər ikisi də fərqli şeylərə mesajlar göndərir. Ölü formalara toxunma kimi də ifadə edilən pastiş, digər əsərlərin obrazlarını və bölümlərini parçalar halında götürüb istifadə edərkən, onları yeniləməkdə və süni birləşmələr yaradaraq daha canlı bir təsir oyatmağa çalışmaqdadır. Hələ də yaşayan və təsirli olan formaları gözdən salmağı və onlarla lağlağı etməyi qarşısına məqsəd qoyan parodiya isə modern sənət içərisində məhsuldar bir yaşam sahəsi tapıb. Ancaq modern formaların mediya söhbətlərinə uduzan tərəfləri içərisində ortadan qalxmışdır.
   “Simpsonlar” cizgi serialında pastiş üsulunun son dərəcə uğurlu bir şəkildə tətbiq olunduğu və ümumiyyətlə, parodiyalaşdırma məqsədinə xidmət etdiyi aydın görünür. Bu məzmunda, başda Simpson Ailəsinin uşaqları olmaqla, bütün Sprinqfild (“Springfield” - red.) uşaqları tərəfindən çox sevilən bir cizgi serialı olan “Itchy and Scratchy” (İtçi ilə Skretçi) pastiş istifadəsinə təsirli bir örnəkdir. “Simpsonlar”ın ən önəmli detallarından biri olan bu fantastik nümunə, “Itchy” -Dırmıq- adlı bir pişik ilə “Scratchy” -Mırmıq- adlı siçanın macəralarından və bir-birləri ilə olan çəkişmələrindən bəhs edir.
   “Simpsonlar”ın bir çox seriyasının ana mövzusunu təşkil edən sözügedən fantastik cizgi filmi, cizgi film tarixinin ən ünlü cütlüklərindən olan Tom və Jerry ilə bağlı bir pastişdir. William Hanna ilə Joseph Barbara tərəfindən yaradılan və 1940-ci ildən bu yana bütün dünya uşaqları tərəfindən böyük maraqla izlənən “Tom and Jerry”, “Simpsonlar” başda olmaqla, bir çox cizgi serialında göndərmələrlə anılan bir klassikdir. Bu məzmunda “Itchy” və “Scratchy”, cizgi film dünyasının ən ünlü cütlüyünü canlandıran və hadisələr hörgüsü, izahat özəllikləri kimi ünsürlərdən çıxış edərək parodiyalaşdıran fantastik bir animasiyadır. Müasir Tom və Jerry olaraq da xarakterizə edilə bilən “Itchy” və “Scratchy” vasitəsiylə, uşaqlara aid proqramlarda istifadə olunan və məsum bir ifadə tərzinə sahib olmasına baxmayaraq əslində şiddət elementinin təqdim edilməsi tənqid edilir.
   Siçan-pişik münasibətini dialektik bir fantaziya və alleqorik bir üslubla təqdim edən, fiziki üstünlüyə sahib olanın deyil, strateji düşünə bilənin hər zaman qalib gələcəyi mesajını verən bir cizgi filminin seçilmiş olması diqqət çəkicidir. Üst-mətn anlama ilə əyləncəli bir cizgi filmi olan Tom və Jerry, ehtiva etdiyi şiddət və alt-mətn əsasda verdiyi “böyük balıq kiçik balığı yeyər” mesajıyla, digər cizgi seriallarından ayrılır. Belə ki, Danimarkada aparılan bir araşdırma, Tom və Jerry izləyərək böyümüş uşaqların ilk küçə davalarından sonra yumruqladıqları dostlarının nə üçün bu cür çox xəsarət aldığını çaşqınlıqla qarşıladığını ortaya çıxardı. Dolayısı ilə, cizgi film tarixinin klassik nümunəsi Tom və Jerry ilə bağlı bir pastiş olan “Itchy” və “Scratchy”nin “Simpsonlar” daxilində yaranması təsadüfi və adi bir seçim deyil, müəyyən bir məqsədə xidmət edir.   

   Epiloq
   
   Bir ünsiyyət vasitəsi və mühiti olaraq cizgi filmlər, həyatımızın hər sahəsinə daxil olub. Universal bir dilə sahib olmaları ilə yanaşı, özlərinə xas dünyalarıyla tamaşaçılara, içində iştirak etdikləri dünyanın gerçəklərindən fərqli və əyləncəli bir həyat təqdim edirlər. Mesajları ilə yanaşı, keçişləri və fantastikasıyla kino, ədəbiyyat və musiqi başda olmaq üzrə incəsənətin bir çox sahəsinə nüfuz edən "Simpsonlar" serialı, cizgi film anlayışının yenidən təyin olunmasına vasitəçilik etmiş və haradasa, iyirmi illik keçmişiylə televiziya tarixinə damğasını vurmuşdur. Bu mənada Simpsonlar, animasiya dünyasına aid bir uğur nümunəsi olmaqdan da daha çox, mədəni bir fenomen kimi qiymətləndirilə bilər. İctimai bir komediya olaraq din, ailə, təhsil və siyasət kimi mövzulara aid həcvlərlə diqqət çəkən film, animasiya anlayışına gətirdiyi postmodern şərhlə sələflərindən və bənzərlərindən fərqliləşərək televiziya tarixindəki yerini möhkəmləndirməkdədir.
   Dəyişmə və çevrilmə ilə xarakterizə edilən çağcıl dünyanın profilini təqdim edən "Simpsonlar" serialını, postmodernizm ilə əlaqəli şəkildə təhlil etmək və araşdırmaq mümkündür. Belə bir araşdırmanın, çağcıl dünyanı təsiri altına alan postmodern çevrilməylə bağlı anlama və mənalandırma praktikasını təmin etmək kimi spesifik faydalarından danışmaq olar. Bir ünsiyyət və qarşılıqlı təsir mühiti olaraq Simpsonlar özündə "mətinlərarasılıq", "pastiş","‘əks olunma", ‘təşkilatiçilik əleyhdarlığı' kimi postmodern komponentləri ehtiva etdiyi üçün “mikroskop altında” nəzərdən keçirilə bilər. Bu mənada Simpsonlar, içində olduğumuz mədəni formalaşmayla bağlı yanaşmalar təqdim etməklə yanaşı, mədəniyyət ilə həyat, quruluş ilə qayda, obraz ilə həqiqət arasındakı qatı sərhədləri müzakirəyə çıxarmaq kimi funksional bir rolu üzərinə götürür.
   
   Hazırladı: Rəşad Səfərov
   Beynəlxalq Sosial Araşdırmalar Dərgisi/2010
   (The Journal of International Social Research)

Oxunub: 92 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox