Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
02-02-2010
Pərviz Əzimov
pervizezimov@gmail.com
Pərviz Əzimov
 Jurnalist rəzaləti...

   ANS-in aparıcısı Turanı yəqin ki, çoxunuz tanıyırsız. Tanımayanlar üçün qısa bir arayış verim ki, söhbət Lider kanalında “Fortuna” verilişini aparan iki aparıcıdan biri, sonradan hansısa bir kanalda “ziq-zaq” verilişini aparan Turandan gedir. 
   Deməli belə... Turan aparıcılıq etdiyi verilişlərdə jurnalist etikasına xələl gətirməklə məşğuldur.
   Hazırda Turanın aparıcılıq etdiyi veriliş ANS-də yayımlanan “Günəbaxan”dır. Verilişin formatını tam anlamasam da (eyni vaxtda həm yemək bişirirlər, həm oynayırlar, tullanıb-düşürlər - rəqs edirlər, həm də hansısa bir problem ətrafında “müzakirə” açıb - ağlayıb sızlayırlar) deyilənə görə, populyar verilişlərdəndir.
   Proqramda hər dəfə bir mövzu müzakirəyə qoyulur - verilişə bu mövzu ilə bağlı problemləri olan vətəndaşlar, ekspert qismində də qonaqlar dəvət edilir. Təqribən iki həftə bundan əvvəl olan proqramın mövzusu “ərləri tərəfindən aldadılan xanımlar və bunun baş vermə səbəbləri” idi. Beləliklə, verilişə bu məsələ ilə bağlı problemi olan iki xanım dəvət edilmişdi. Hər ikisi ərləri tərəfindən xəyanətlə üzləşmişdi. Səhv etmirəmsə xanımlardan birinin işi ilə bağlı məhkəmə çəkişmələri olmuşdu. Həmin məhkəmə çəkişmələrindən çıxan xanıma bizim Turan belə bir sual verdi:
   - Xanım sizin qardaşınız və ya atanız yoxdur?
   - Var.
   - Bəs onlar bu işə necə baxır?
   - Nə etsinlər ki?
   - Necə yəni? Burada mentalitet məsələsi, namus məsələsi var.
   - ....
   Siz aparıcının verdiyi suala diqqət yetirdinizmi? Suallarda məqsəd insanların problemini həll etmək yox, məsələni dərinləşdirmək, qəlizləşdirmək, hətta faciəyə sürükləməkdir. Aparıcı insanların mentalitetə necə həssas yanaşdığını bilib, onları provakasiyaya çəkməyə çalışır. Bəlkə də xanımın qardaşı həmin vaxt bu verilişə baxır və hansısa aparıcı tərəfindən qeyrətsizlikdə ittiham olunur. Siz onun düşdüyü vəziyyəti təsəvvür edə bilirsinizmi?
   Birisi mənə desin aparıcının bu hərəkətləri hansı jurnalist etikasına sığır?
   Bu hələ son deyil. Yanvar ayının 26-sında təsadüfən yenə bu verilişə baxırdım. Bu dəfə də mövzu ailə məsələləri ilə bağlı idi, amma bir az fərqli formada. Daha dəqiq desək, mövzu belə idi: “gənc qızların varlı, yaşlı kişilərə ərə getməsi nədən irəli gəlir?”
   Belə bir həyat tərzi yaşayan xanım efirə dəvət olunmuşdu. Xanım efirə üzüaçıq çıxmaq istəsə də, bəzi nüansları (mentaliteti yəqin ki, axı bu bütün bəşəriyyətin ağrılı problemidi) nəzərə alıb onun üzünü örtmüşdülər.
   Bəli, xanım nə səbəbdən imkanlı və yaşlı bir kişi ilə birgə yaşaması haqda danışmağa başladı. Xanım deyirdi ki, onu bu yola sürükləyən səbəb maddi vəziyyəti ilə bağlı olub. Xanım çox kasıb bir ailədə yaşayıb, çox kasıb bir həyat sürüb və bu vəziyyətdən çıxış yolunu yaşından asılı olmayaraq bir insanla yaşamaqda görüb. Bu arada qeyd etmək istəyirəm ki, xanım ali təhsilli jurnalistdir, birgə yaşadığı adam başqa bir xanımla qanuni nikahdadır və həmin qadının bunların münasibətlərindən xəbəri yoxdur. Xanım özü haqda qısa arayış verdikdən sonra aparıcı Turan verilişə iki eksperti - bir psixoloqu və Qadın Krizis Mərkəzinin rəhbərini dəvət etdi. Ekspertler də məsələylə bağlı öz fikirlərini bildirdilər. Qəflətən Turan bu xanıma bir sual ünvanladı:
   - Əgər siz hansısa imkanlı bir kişi ilə qanuni nikahda olsaydız və sizin həyat yoldaşınız başqa bir xanımla hazırda siz yaşadığınız bir formada, yəni qeyri-qanuni yaşasaydı buna necə baxardınız?
   Xanım cavab verdi:
   - Çox normal baxardım. Ona görə ki, o xanımın vəziyyətini düşünərdim və özümün də bir vaxtlar belə bir vəziyyətdə olduğumu nəzərə alıb normal qarşılayardım, hətta sevinərdim, çünki ən azından yoldaşım bir şəxsin yaxşı yaşamasına yardım etmiş olur.
   Bu zaman aparıcı coşdu və xanıma dedi:
   - Siz özünüzü günahkar hiss etmək əvəzinə özünüzü müdafiə edirsiz, hələ bu azmış kimi, bunu təbliğ də edirsiz. Xahiş edirəm durun və studiyanı tərk edin.
   Xanım pərt oldu və məyus bir halda studiyanı tərk elədi.
   Pah, nə gözəl, nə pakizə...
   Tutalım ki, o qadın səhv edir, yaşadıqlarından dolayı psixologiyası pozulub, ona dəstək olmaq əvəzinə, ona səhvini başa salmaq əvəzinə görün, aparıcı nə edir? Harda görünüb ki, bir şəxsi verilişə dəvət edəsən sonra onu minlərlə - milyonlarla tamaşaçının önündə təhqir edib, studiyadan qovasan.
   Bilirsiz insana daha çox təsir edən nədir?! Bütün bunlar qadın hüquqlarını müdafiə edən “Qadın krizis mərkəzi”nin rəhbəri olan yerdə baş verir.
   Bu nə biabırçılıqdı, bu nə rəzalətdir?
   Dünyaın heç bir yerində belə bir rəzalətlə rastlaşmazsız. Adam sadəcə olaraq Turanla həmkar olduğu üçün xəcalət çəkir.
   Günah aparıcıda deyil, ANS kanalındadı ki, bu halların baş verməsinə şərait yaradır...

Oxunub: 118 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox