Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
02-02-2010
 Neft nə zaman tükənəcək?
Neft nə zaman tükənəcək?

   Neft nədir və  nəyə lazımdır?
   
   Neft milyon illər əvvəl yaşamış heyvan və bitkilərin qalıqlarından yaranıb. İnsan oğlu onun varlığından lap qədim zamanlardan xəbərdar idi: neft yerin səthinə yol taparaq və buxarlanaraq bitumlara çevrilirdi. Fərziyyələrə görə, Nuhun gəmisi də bitumla qətranlanmışdır.
   XIX əsrdə daxili yanacaq mühərrikinin kəşfindən sonra neft, əsas enerji mənbəyinə çevrildi. Yer üzündə ilk neft quyusu 1847-ci ildə Bakı yaxınlığındakı Bibi-Heybət yatağında qazılıb. Bakıdakı neft quyusu Gdvin Dreykin 1859-cu ildə Pensilvaniyada qazdığı quyudan 12 il öncə qazılıb. O vaxtdan etibarən neft məhsulları bir çox nəqliyyat növünün əsas yanacağıdır. Avtomobil benzini, aviasiya kerosini, dizel yanacağı və sürtkü yağı - bunların hamısı neft məhsullarıdırlar. Bundan əlavə, neft həm də neft-kimya istehsalı xammalıdır. Ondan sintetik materiallar, həmçinin plastmas, kimyəvi preparatlar, boya, kosmetik vasitələr və tibbi preparatlar əldə edilir.
   Neftin tullantısı da işə yarıyır: məsələn, mazut elektrik stansiyalarında yanacaq kimi istifadə edilir. Düzü bir qayda olaraq, mazut ehtiyyat yanacaq vasitəsi kimi istifadə edilir. Hələ Mendeleyev qeyd eləmişdi ki, «neftlə qalamaq kağız pula qalamaq kimi bir şeydir».
   
   Neft necə olur?
   
   Neftin də etalon növləri mövcuddur ki, onlar dünya birjalarında alış-veriş predmetidirlər. Onlardan üç ən əsası: Şimal dənizinin «Brend», Amerikanın «West Texas Intermediate» və Səudiyyə Ərəbistanının «Middle East Saudi Light» markalarıdır. Baxmayaraq ki, dünya neft hasilatından cəmi 2 faiz «Brend»in payına düşür, bu növ etalon kimi tanınıb. Məhz sözügedən neft markasının qiyməti, dünyada hasil olunan neftin 65 faizinin qiymətini təyin edir. Rusiyanın «Urals» markalı nefti yüngül Sibir nefti ilə ağır Başqırdıstan və Tatarıstan neftinin qarışığıdır. «Urals» etalon olmasa da, onun qiyməti «Brend»in qiymətinə əsasən təyin edilir.
   
   Neftin qiyməti

   
   Neftin qiyməti çoxillik rekordları qırır. Hazırda neftin bir barrelinin qiyməti 70-75 dollardır. Bu rəqəm çox rahat şəkildə qalxıb-düşür. Neft hasil olunan ərazidə güclü qasırğanın olması kifayət edir ki, «qara qızıl»ın qiyməti sürətlə artsın. Bir çox neftçilər düşünürlər ki, neftin hazırki qiyməti aşağı düşməyəcək. Çünki artan dünya iqtisadiyyatına getdikcə daha çox neft lazım olduğu üçün «qara qızıl» hasilatçısı olan ölkələr sürətlə artan tələbatla ayaqlaşa bilmir.
   
   Bəşəriyyətin mövcud neft ehtiyyatı
   
   Britaniyanın BP şirkətinin hesablamalarına görə, dünyanın neft ehtiyyatları 1,15 trilyon barrel təşkil edir. Hazırki hasilat tempini nəzərə alsaq neft ehtiyyatının təqribən 40 il ömrü qalıb. Yer səthinə yaxın olan neft çoxdan tükənib. Hazırda qazılan quyular bir neçə kilometr dərinliyədək uzanır və onların hər birinin qazılması milyonlarla dollar vəsait tələb edir. Bundan əlavə, neft sivilizasiyadan uzaq ərazilərdə yerləşir - səhralarda, dəniz şelfində, Şərqi Sibirin ucqar nöqtələrində.    

    Neft nə zaman tükənəcək?
   
   Hələ 1956-cı ildə «Shell» şirkətinin geoloqu M.Kinq Habbert demişdi ki, «Neft ehtiyyatları əbədi deyil və yaxın gələcəkdə tükənəcək». Onun teoriyasına əsasən, neft hasilatı pik nöqtəsinə doğru irəliləyir və hasilat zirvəyə çatdıqdan sonra eniş qaçılmazdır. Habbert qeyd etmişdir ki, ABŞ hasilatın pik həddinə 1970-ci ildə çatacaq. O, cəmi dörd il yanılmışdı: 1974-də həqiqətən də neft hasilatı enməyə başladıqda xammalın qiyməti sürətlə artmağa başladı. Habbertin hesablamalarına görə, dünya neft hasilatının pik həddi 2000-ci ildə baş tutmalı idi. Onun davamçılarının fikrinə görə, bu, təqribən 20 il sonraya təsadüf edəcək.
   
   Neftin alternativi varmı?
   
   Avtomobil istehsalçıları neftin alternativinin əldə olunmasına böyük çaba sərf edir. Vəziyyəti dəyişmək üçün «General Electric» şirkəti alternativ enerji texnologiyalarının əldə olunmasına sərf edilən xərcləri durmadan artırır. Artıq Yaponiyanın “Toyota” şirkəti qismən elektrik enerjisi ilə çalışan avtomobillərin istehsalına start verib. 90-cı illərin axırlarında neft böhranı səbəbindən Braziliyada avtomobillərin 95 faizini spirtlə işləyən vasitələrlə təchiz edirdilər. Sonradan neft spirtdən daha ucuz oldu və «Proalco» milli proqramı öz əhəmiyyətini itirdi.. Hazırda braziliyalılar daha sərfəli vasitələr axtarır. Onlar zeytun bitkilərindən yanacaq əldə etməyə çalışırlar.
   
   Neftin qiymətinə təsir edən amillər
 
  
   • neft hasil edən ölkələrdə hasil olunan neftin həcmi;
   • xammala olan tələbat, xüsusilə də ABŞ-ın;
   • neft hasil edən ölkələrdə mövcud siyasi vəziyyət: Nigeriyada dövlət çevrilişi zamanı, ABŞ İraqda hərbi əməliyyatlar apardıqda, Rusiyada terror aktları olduqda və İranın nüvə proqramını genişləndirməsi təhlükəsi gündəmdə olduqda;
   • təbii fəlakətlər: fırtınalar, qasırğalar və sel neft platformalarını və NEZ-ləri dağıtdıqda
   • sıravi neftçilərin əmək haqları: əmək həqqı onları təmin etmədikdə fəhlələr işi dayandırır;
   • neft şeyxlərinin səhhəti: məsələn, Səudiyyə Ərəbistanı kralı Fəhd Ben Əbdül Əzizin vəfatı neft qiymətlərinin artmasına səbəb olmuşdu;

   
   Sitatlar
   
   Səudiyyə Ərəbistanının sabiq Neft sənayesi naziri Şeyx Zəki Yamani: «Daş dövrü daş çatışmamazlığı ucbatından sona yetmədi».
   Rusiyalı siyasi xadim Viktor Çernomırdin: «Mənim ixtisasımla həyatım neft və qaz mühitində keçib».

Oxunub: 72 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox