| Forum |
|
|
|
| 02-02-2010 |
| Scorpions vidalaşır |
Dünyaca məşhur alman rok qrupu Scorpions, 40 ildən çox sürən musiqi karyerasına son verir. Qrup öz intenet səhifəsində verdiyi açıqlamada: “Yolun sonuna gəldiyimiz barədə anlaşdıq” dedi. Scorpions 90-cı illərin əvvəllərində “Wind of Change” kimi xit olmuş mahnılara imza atmışdı. Qrupun mart ayında “Sting İn The Tail” adlı son albomu çıxacaq. May ayında isə Almaniyada başlayacaq və bir neçə il davam edəcək dünya turundan sonra qrup musiqi karyerasını bitirəcək. Scorpions qrupu gitarist Rudolf Shenker tərəfindən 1965 - ci ildə Hannoverdə qurulmuşdu. Vokalist Klaus Meine qrupa bir neçə ildən sonra qoşulmuşdu. Shenker və Meinenin artıq 61 yaşı var.
|
|
| Oxunub: 43 dəfə. |
|
|