| Forum |
|
|
|
| 02-02-2010 |
| Dalğada film nümayişi |
Mixael Radford tərəfindən çəkilən “1984” filmi elə 1984-cü ildən nümayiş olunmağa başladı. Film Corc Oruellin məşhur “1984” əsərinin ssenarisi əsasında çəkilib və ən əsası Oruellin totalitar fantaziyaları son dərəcə ustalıqla əks etdirilib... III Dünya Müharibəsindən sonra dünyada hər şey köklü surətdə dəyişib. 1984-cü ildə London artıq Okeaniya adlı polis dövlətinin paytaxtıdır. O öz qonşuları -Avrasiya və Ostaziyayla müharibə şəraitindədir. Burada total azadsızlıq hökm sürür və hər şeyi “İnqsos” (İngilis sosializmi) idarə edir. İnqsosun əsas şüarı isə: “Müharibə - sülhdür, azadlıq - köləlikdir, bilməməzlik - gücdür”. Filmdə “Böyük Qardaş” ifadəsinə tez-tez rast gəlinir. Şəhərin hər tərəfində Böyük Qardaşın səkilləri var, hər tərəf onun plakatlarıyla bəzədilib. O, xalqı qorxu, propaqanda və ictimai şüura nəzarət etməklə əlində saxlayır, insanlara qarşı mənəvi terror işlədir. İnsanların yaşadığı mənzillərdə və idarələrdə xüsusi cihazlar var ki, bunlar “teleekran” adlanır. Cəmiyyət daim nəzarət altındadır . Böyük Qardaş teleekranla insanları izləməklə yanaşı, onun vasitəsi ilə insanlara səslənir və əmrlər verir. Belə bir sistemdə insanların telefon danışıqlarının dinlənilməsi də çox normaldır. Sistem yalnız bunlarla yetinmir, vaxtaşırı səmaya qalxan vertolyotlarla insanların evinə göz gəzdirir, nə etdiklərini yoxlayır. Ölkədə tipik totalitar rejim hökm sürür, insanlar arasında etibar darmadağın olmuşdur, ən kiçik bir çətinlikdə onlar bir-birlərini satmağa hazırdılar. Filmdə diktator rejimin qanadları altında yaşamağa çalışan Uinstonun (Con Hart) hekayəsi anladılır. O hər şeyin yalan üzərinə qurulu olduğunu anlayanda özünü sorğulamağa başlayır. Böyük Qardaşın yaratdığı yalanlara qarşılıq düşünməyə başlayır və qeydlər tutur. Qeydlərini gizlətmək istəsə də buna nail ola bilmir. “Nifrət dəqiqəsi” adlanan gündəlik tədbirlərin birində o iki nəfərlə - Culiya (Syuzanna Hemilton) və O’Brayenlə (Riçard Barton) qarşılaşır. Brayenin özü ilə həmfikir olduğunu düşünür, ona hörmət edir. Culiya ilə isə sonradan sevgili olur və şəhər kənarında teleekranın olmadığı bir otaqda görüşməyə başlayır . Filmdəki ən həyəcanlı hadisələr bundan sonra başlayır. Siz bu filmə baxmalısınız. Film 7 fevral 2010 tarixində Dalğa Kino Klubunda göstəriləcək. Hər kəs dəvətlidir. Ünvan: Şəmsi Bədəlbəyli 11. / 5 mərtəbənin yanı Fərid Cəfərzadə gamit9216@hotmail.com
|
|
| Oxunub: 73 dəfə. |
|
|