Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
02-02-2010
 Ziya Doğan: «Subaşiçə görə 50 min verirdik, razılaşmadılar»
Ziya Doğan: «Subaşiçə görə 50 min verirdik, razılaşmadılar»
   «Srvena Zvezda» millimizin üzvünün «Diyarbəkirspor»a keçidinə mane olub
   
   Son günlər milli komandamızın üzvü Branimir Subaşiçin Türkiyə klublarında çıxış edəcəyi ilə bağlı xəbərlər yayılır. Əvvəlcə, serb əsilli futbolçunun Bank Asiya liqasında çıxış edən «Kocaelispor»a keçəcəyi barədə xəbərlər yayıldı. Lakin Subaşiç bu xəbəri təkzib edərək, Bank Asiya liqasında yox, Superliqada oynayacağını bildirdi. Daha sonra onun «Diyarbəkirspor»a keçəcəyi məlum oldu. Amma hələ ki, futbolçumuzun Türkiyə klubuna keçidi baş tutmayıb. «Diyarbəkirspor»un baş məşqçisi Ziya Doğan Subaşiçin məsələsinə apasport.az saytına müsahibəsində aydınlıq gətirib. Müsahibəni təqdim edirik.
   
   - Bildiyimizə görə, Azərbaycan milli komandasında çıxış edən serb əsilli hücumçu Branimir Subaşiçi transfer etmək istəyirdiniz. Danışıqlar olsa da, keçid son anda baş tutmayıb. Bununla bağlı nə deyə bilərsiniz?
   - Subaşiç həqiqətən də transfer planlarımızda yer almışdı. Ancaq onun məxsus olduğu «Srvena Zvezda» klubu ilə problemi həll edə bilmədik. Artıq Subaşiçin yerinə başqa legioner almışıq və bu məsələni birdəfəlik bağladıq.
   - Niyə?
   - Biz təklifi etdik, onlar da razılaşdılar. Ancaq sonradan fikirlərini dəyişdilər. Sonda da biz Subaşiçin transferindən vaz keçdik.
   - Problem maddi baxımdan idi?
   - Bəli.
   - Serblər sizdən çoxmu pul istədilər?
   - Bəli, çox istədilər, biz isə vermədik. Əsas problemimiz maddi baxımdan sıxıntının olmasıdır. Ucuz, yeri gələndə havayı başa gələn futbolçuları götürürük.
   - Subaşiçi harada görüb, bəyənmişdiniz?
   - Subaşiçi daha əvvəl izləmişdik. Oyunları olan CD-ləri də baxıb, bəyənmişdik. Dedik ki, ucuz olarsa, alarıq. Ancaq onlar qiyməti qaldırdılar. Biz də bu transferi unutduq, qapatdıq, bitdi.
   - Subaşiçin keçidi ilə bağlı danışıqları konkret kiminlə aparırdınız?
   - Onun serb meneceri var. Dedik ki, klubu Subaşiçə görə nə qədər pul istəyirsə, bizə yazsın. Ancaq klubu bunu etmədi, futbolçu yazıb gətirdi. Biz əvvəlcə anlaşdıq, sonra kluba faks göndərdik. Ancaq cavab bizi qane etmədiyi üçün imtina etdik.
   - Konkret məbləğ nə qədər idi?
   - Həmin məbləğ bizim üçün böyük idi. Bu, büdcəmizi aşır. Dedik ki, transfer məbləği 50 min lirə olarsa, alarıq.
   - Bəs serblər hansı qiyməti qoydular?
   - Transfer qiyməti haqda danışmaq istəməzdik. Biz təklifimizi Serbiyaya göndərdik. Oradan da münasib cavab gəlmədiyi üçün Subaşiçin transferindən vaz keçdik. Serblərin nə istədiyini bilmirik.
   - Hər halda, Subaşiçi almaq sizin üçün faydalı olmazdı?
   - Olardı. Ancaq çox pulumuz yoxdur, ona görə də ala bilmədik.
   - Başqa azərbaycanlı futbolçu almaq fikriniz varmı?
   - İndi yox. Çünki transfer məsələlərini bağlamışıq. Legioner limitimiz dolub.
   - Bəs gələcəkdə?
   - Bu, mümkün ola bilər. Tədricən inkişaf edən Azərbaycan futbolunu izləyir, oradakı oyunçuları diqqətdə saxlayırıq.
Oxunub: 28 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox