Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
02-02-2010
 Vaqif Sadıqov daha səviyyəli transferlər istəyir
Vaqif Sadıqov daha səviyyəli transferlər istəyir

   «Cavid Hüseynov, Abramidze, Alekseyev və Voskoboynikovu heyətimizə qatdıq, amma...»
   
   «Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışımız məhsuldar alındı. Düzdür, hərdən qarlı hava şəraiti daha yaxşı hazırlaşmağımıza maneçilik törətdi. Amma hər halda çalışdıq ki, mövsümün ikinci hissəsinə maksimum hazır olaq. Keçirdiyimiz yoldaşlıq görüşlərində futbolçularımızın göstərdiyi oyundan da razı qaldım». Bu sözləri «Neftçi»nin baş məşqçisi Vaqif Sadıqov deyib.
   Sadıqov komandasının yeni transferlərini dəyərləndirib: «Qış transfer dövründə yarımmüdafiəçi Cavid Hüseynovla yanaşı, müdafiəçi Valeri Abramidze, eləcə də iki hücumçu - Sergey Alekseyev və Vladimir Voskoboynikovu heyətimizə qatdıq. Əlbəttə, bundan da artıq transferlər etmək olardı. Amma bizə təklif olunanlar arasında daha yaxşı tanıdığımız üçün bu 3 futbolçu ilə anlaşdıq. Burada onların 20 günədək bizim nəzarətimizdə olmaları və yoxlama matçlarında özlərini yaxşı tərəfdən göstərmələri də öz sözünü dedi. «Neftçi» daha səviyyəli futbolçular transfer edə bilərdi. Amma gərək qabaqcadan səviyyəli oyunçuların axtarışına çıxasan. Bizdə isə vaxt az idi. Hazırda mövsümün ikinci yarısında uğurlu çıxış haqda düşünürük. Yay fasiləsində heyətimizi daha fərqli oyunçularla gücləndirəcəyik».
   Baş məşqçi komandasının qarşıdakı turlardakı oyunları ilə bağlı da danışıb: «Neftçi» üçün rahat oyun yoxdur. Startdan çox şey asılı olacaq. Fevralın 3-də “Qarabağ”la qarşılaşacağıq. Güclü rəqibdir. Qış transfer dövründə Hollandiyanın “Tvente” klubuna keçən Vaqif Cavadovu Georgi Adamiya əvəzləyəcək. Həmkarım Qurban Qurbanov hələ “Neftçi”yə rəhbərlik etdiyi vaxtdan Adamiyanı tanıyır. “Qarabağ” böyük transferlərə ehtiyacı olmayan və hamımız üçün ciddi rəqibdir. Amma bizim geriyə yolumuz yoxdur. “İlk 6-lıq”dakı yerimizi qoruyaraq, yüksək yerlər uğrunda mübarizəmizi davam etdirməliyik».

Oxunub: 27 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox