| Forum |
|
|
|
| 02-02-2010 |
| Rus qəzeti «Xəzər Lənkəran»ı erməni komandası adlandırdı |
Tuyqun Nadirov: «Sovetski Sport» bizdən üzr istədi» «Xəzər Lənkəran» rəhbərliyi Rusiyanın məşhur «Sovetski Sport» qəzetinə rəsmi məktub göndərib. Bu haqda klubun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Onun sözlərinə görə, məktubda həmin qəzetdə «Xəzər Lənkəran»ın Ermənistan komandası kimi göstərilməsinə etiraz edilib. Cənub təmsilçisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Rusiyanın «Saturn» klubu ilə yoxlama oyunu (0:1) keçirib. Nadirov rusların həmin görüşlə bağlı yazıda yol verdikləri kobud səhvdən xəbərdar olduqlarını bildirib: «Ofisimizə hər həftə «Sovetski Sport» qəzeti gəlir və təbii ki, məsələdən xəbərdar olaraq hələ dünən (sırağagün) cavabımızı yazdıq. Biz həmin məktubda etirazımızı, xalqımızın düşməni olan ermənilərin torpaqlarımızın müəyyən hissəsini işğal etdiyini, nəticədə 1 milyon qaçqınımızın olduğunu bildirmişik. Hətta məktub göndərməklə kifayətlənməyib, qəzetlə də əlaqə saxladıq, həmin yazının müəllifi ilə danışıldı. Sadəcə, biz məsələni elan etməyi məqsədəuyğun saymadıq». Klub rəsmisi həmçinin bildirib ki, bu bilərəkdən yox, texniki bir səhv olub. «Sovetski Sport»un növbəti sayında düzəlişin edilməsi nəzərdə tutulub və rus həmkarlarımız üzr istəyərək, bu yanlışlığı düzəldəcəklərini bildiriblər.
|
|
| Oxunub: 31 dəfə. |
|
|