Hər bazar günü.
Axtarış: 
07-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
02-02-2010
 «Üsyana qalxmış Prometey»
«Üsyana qalxmış Prometey»

   Robert Anton Uilson
   
   (əvvəli ötən saylarımızda)
   
   Ağır imprintləri bu kontura düşənlər gözəl olurlar. Onların bədəni beyindən o qədər seksual neyroötürücü alırlar ki, ətrafa «cəzbedici» evlilik siqnalları sızdırırlar. Bu da bizim qavrayışımızda fiziki gözəlliyin dərəcəsini müəyyənləşdirir.
   Bu tip imprintləşməyə səbəb olan hadisələrdən asılı olaraq onlar soyuq ehtiyyatlı istismarçıola bilər və ya bir sıra mənfi xüsusiyyətlərə malik ola bilərlər. Amma onlar hər zaman məhəbbətlə müdafiənin ideal vəhdəti kimi görünürlər.
   Əxlaq yalnız genetik dreyfə əngəl rolunu oynamır, o, üçüncü konturda yenilikləri də ləngidir. Şamanlar, keşişlər və s. Hansı ideyaların «əxlaqi» və «qeyri-əxlaqi» olduqlarını müəyyənləşdirirlər. Qəbilə tsiklini dağıtmağa qadir olan istənilən yeniliklər (yəni insanları mifik zamandan qoparıb tərəqqi və inqilabi zamana gətirə biləcək yeniliklər) qeyri-əxlaqi kimi dəyərləndirilir. Desək ki, din və kahinlik tarixdə konservativ rol oynayıblar, o zaman bizlər onları düzgün dəyərləndirməmiş olarıq. O halda bizim yanaşmamız «taun bir neçə adam öldürüb» və ya «Hitlər bir qədər qəribə olub» demək kimi bir şey olardı. Dinin başlıca rolu hər zaman mürtəce olub. Beyinin konturlarının dialektikasına uyğun olaraq onun təkamül funksiyası bundan ibarət olub.
   Üçüncü konturun qarşısı alınmasa o, kakain istifadəçisinin monoloqunu xatırladacaq. Siz heç bir şey yadda saxlaya bilmirsiniz, çünki hər şey sürətlə baş verir. Bu hal orta əhlilləşmiş primatı istiqaməti itirməyə vadar edir. Buna görə qəbilədə əxlaq dərsi verənlər sakitlik və sabitliyi təmin edərək yavaşladıcı təsiri bağışlayırlar.
   Fəlsəfi nöqteyi-nəzərindən orta insan böyüklərin və valideynin seksual rolunu qəbul edənədək daha çox «açıq» və hər şeylə «maraqlanandır». Özündən əvvəlkiləri təkrarladıqdan sonra isə onun vaxtı daralır və hər qəbilənin qoyduğu sanksiyalardan asılı olaraq üçüncü kontur düşüncələrinə meyl də azalır.
   Beləliklə, üçüncü kontur tsiklik qəbilə zamanından xətti tərəqqi zamanına çıxmağa bizə köməklik edir; amma dördüncü kontur bizi geriyə tsiklə döndərir.
   Homoseksualistlər mədəni yeniliklərin başlıca mənbəyi olmaya bilər, lakin bir şey danılmazdır ki, «mavilər» onlara ayrılandan daha çox edirlər. Niyə? Çünki onlar valideyn rollarının onlara hazırladığı tələyə düşmürlər.
   Bu vaxtadək danışdığımız dörd kontur «Taro»nun «fiqurlu xəritələri»ndə kodlaşdırılıb. Beləliklə, okulizmdə Yer/Yer vəhdətini təsvir edən Disklər Cəngavəri birinci kontur tipidir. Bu, duyğular, oral tələbatlar və vistserotoniklikdir. «Taro» üzrə bir çox kitablarda sözügedən xəritə təhlil edilərkən əlkimya, kabalistik və təsəvvüf jarqonların arxasında məhz bu tip gizlənir. Əlimizdə tərtəmiz durulaşdırılmamış «ana uşağı var». Disklər Kraliçəsi və ya Yer/Su birinci və ikinci konturların cizgilərinin qarışığıdır. Yəni, «Duyğu-vistserotiklik-orallıq» üstə gəl «emosiyalıq-eqoizm-siyasilik». Onunla ünsiyyətdə olduqca ehtiyyatlı olmaq lazımdır ki, «quş» buraxmayasan.
   Disklər Şahzadəsi və ya Yer/Su birinci ilə üçüncü konturun qarışığıdır: oral tələbatlar üstəgəl rasional hesablama. Tipik misal: ağıllı və eyni zamanda hiyləgər vəkil.
   Disklər Şahzadəsi (xanım şahzadə) və ya Yer/Alov birinci konturun orallığı ilə dördüncünün seksuallığının ahəngidir. Eksgibisionizmlə atəşli erotikanın ahəngi olan bu tip pornofilmlərə çəkilən aktrisaya ideal yaraşır.
   Bütün hallarda birinci kontur digərlərinin üzərində üstünlük təşkil edir.
   Kuboklar Şahzadəsi və ya Su/Su emosiyalar və ərazi tələblərindən ibarətdir. Bunları nəzərə alan Nelson Elqren deyib: «Səndən çox problemi olan qadınla yatağa girmə».
   Kuboklar Cəngavəri və ya Su/Yer emosiyalar üstəgəl hisslər deməkdir. Əsl yırtıcı, oğru, vəhşi və ya sosiopatdır.
   Kuboklar Şahzadəsi (kişi) və ya Su/Hava emosiya üstəgəl düşüncədir. Humanistdir, liberaldır; ideal unitarian keşişdir.
   Kuboklar Şahzadəsi (qadın) və ya Su/Alov eqoizmlə seksuallığın partalma təhlükəsi olan qarışığıdır.
   Qılınclar Şahzadəsi (kişi) və ya Hava/Hava tərtəmiz həll edilməmiş intellektdir. Onun ayaqlarının altı heç zaman yerə toxunmayıb; o abstraksiyalar arasında uçur. Alim rahibdir.
   Qılınclar cəngavəri və ya Hava/Yer - düşüncə və oral eksgibisionizmdir. Aktyor, natiq, demaqoq və bəzən artistdir.
   Qılınclar Kraliçəsi və ya Hava/Su - düşüncə üstəgəl emosiyadır. Elm və incəsənət dahiləri adətən bu imprint qrupa Aid olurlar.
    Qılınclar Şahzadəsi (qadın) və ya Hava/Alov - düşüncə və seksuallıq vəhdətidir. Yaxşı valideyndir; adətən puritanlığın dalınca düşsə də, bəzən seksual azadlıq uğrunda savaşır.
   Əsalar Şahzadəsi (qadın) və ya Alov/Alov - maksimal seksuallıqdır. Bu tiplər adətən nizamsız əlaqələrlə seçilirlər; bəzən onlar seksual enerjilərini bir partnyorun üzərinə tökərək çoxlu uşaq peyda edirlər. Çünki valideynlik dördüncü konturun əhəmiyyətli hissəsini təşkil edir. Məsələn, tarixdə bəlkə də ən seksual musiqini yaratmış İohann Sebastyan Baxın iyirmi uşağı olub.
   Əsalar Cəngavəri və ya Alov/Yer - seksuallıq və duyğu deməkdir. Bu tiplər əsl Pleyboylardır.
   Əsalar Şahzadəsi (kişi) və ya Alov/Hava - seksuallıq üstəgəl düşüncədir. Bu tip insanlar bir çox hallarda yerli Dini Avtoritetlərin həzm edə bilmədiyi empirik mistisizmə dartılmış olurlar: Hindistanda tantrizm, Orta Avropada tampliyer cəngavərlərlə cadugərlər və yaxın keçmişdə yaşayan Alister Krouli ilə Vilhelm Rayx.
   Əsalar Kraliçəsi və ya Alov/Su seksuallıq üstəgəl emosional siyasət deməkdir. Cinayət məhkəmələri belə tiplərlə tez-tez qarşılaşır.
   Dörd əsas konturlar üçün bu əsasnaməni işləyən müdrik kabbalistlər onu ali düşüncəyə aparan açarla da təmin ediblər. Onların təlimlərinə əsasən, ənənəvi əlkimyanın hər bir elementinə (Yer, Hava, Alov, Su) «Taro»nun bir rəngi uyğun gəlir (Disklər, Qılınclar, Əsalar, Kuboklar). Və Allahın müqəddəs dilə gətirilməyən adının hərflərindən biri «Yod-Hey-Vav-Hey»dir.
   Bu uyğunluqlar belə görünür: Yod, Alov, Əsalar - Dördüncü kontur; Hey, Su, Kuboklar - İkinci kontur; Vav, Hava, Qılınclar - Üçüncü kontur; Hey, Yer, Disklər - Birinci kontur.
   Bu sistemin məntiqi düşüncəsiz şüura tamamilə aydındır. Buna görə də, Yunq «Psixologiya və əlkimya»da yazır ki, bənzər assosiasiyalar tez-tez yuxularımızda baş verir.
   Kabbalın məqsədi «mikrokosmu makrokosmun aynası etməkdir». Yəni insan məxluqunu Allahın oxşarı etmək. Bu isə Yod, Hey, Vav və Hey hərfləri ilə işarə olunan dörd əlkimya elementlərinin birləşməsidir. Başqa sözlə desək, dörd konturun tarazlığa gətirilməsi. Bənzər ideyaya mərkəzdə oyanışı simvollaşdıran künclərdə dörd iblisə buddist mandallarında rast gəlirik.
   «Ərdə olan» («evli»), «mamaşa» («papaşa») - bunlar individin xarakteristikasıdır. Xarakteristika elmi olmasa da, hər kəs tərəfindən səhvsiz tanınır. Bunlar zamanın kəskin hiss edilməsinə aiddir. Valideyn özünün bioloji sağ qalmasını təmin edən «kağızla» gələcək nəslinin də təmin olunmasını düşünməyə məcburdu.
   
   ardı var
   
   Tərcümə “Alma”nındır

Oxunub: 59 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox