Hər bazar günü.
Axtarış: 
03-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
25-02-2007
Elmin Həsənli
elminhesenli@gmail.com
Elmin Həsənli
 Demokratiya, yoxsa \"demokratiya\"

   Daşları yığmağın zamanı gəldi
   Plüralist demokratiya cəmiyyətdə müxtəlif, bəzən bir-birinə zidd qüvvələrin, qrupların, partiyaların siyasi proseslərdə heç bir məhdudiyyət qoyulmadan iştirak etməsini nəzərdə tutur. Cəmiyyətin plüralist təşkili konstitusiya ilə verilən hüquqlar əsasında, müxtəlif təşkilatlar yaratmaq hüququ ilə təmin edilir. Hər bir cəmiyyətin sosial-siyasi-mədəni inkişafı üçün plüralizm labüddür. Alternativ fikirlər olmadığı təqdirdə heç bir tərəqqidən söhbət gedə bilməz.
   Siyasi bilim adamlarının çoxu demokratik ölkələrin siyasi həyatında partiyaların rolunu yüksək qiymətləndirirlər. Onların fikrincə, partiyalar siyasi həyatın hərəkətverici qüvvəsi rolunu oynayır və liberal demokratiyanın əsasını təşkil edir. Vətəndaş cəmiyyətində partiya insanlarla dövlət arasında əlaqələrin qurulmasını təmin edir. Bir sözlə, çoxpartiyalılıq cəmiyyətin əsas təminatçısı hesab edilir.
   Məqsədinin hüquqi, demokratik dövlət, vətəndaş cəmiyyəti qurmaq olduğunu elan etmiş 8 milyonluq (?) Azərbaycan Respublikasında partiyaların sayı 100-dən (40-ı qeydiyyatdan keçib) çoxdur.
   Bizə doğrudan da bu qədər partiya lazımdırmı?
   Məsələni istənilən yöndən şərh etsək, bu suala eyni cavab verə bilərik: Yox! Birincisi, Azərbaycanda partiyaların geninə-boluna çoxluğunun cəmiyyətin yuxarıda qeyd etdiyim inkişafına heç bir aidiyyəti yoxdur, yəni partiyaların artması nə cəmiyyətin inkişafının nəticəsidir, nə də partiyaların çoxalması cəmiyyətin inkişafına gətirib çıxarır. Partiya yalnız onun BİR NEÇƏ aktivi üçün çalışır, partiya üçün xalq həmin aktiv olan qrupdur, partiya öz bəyanatlarını həmin qrupa hesablayır. Həmin qruplarsa, cəmiyyətdə çox cüzi hissəsini təşkil etdiyi üçün partiyanın uğur qazanması qeyri-realdır. Cəmiyyətdə dayağı olmayan partiya siyasi həyatda necə uğur qazana bilər?
   Əslində, Azərbaycanda partokratik sistem hökm sürür, yalnız bir partiya mövcuddur və bütün idarəçilik də onun əlindədir. Demokratik cəmiyyətdə partiyalar çox, rəngarəng olmalıdır deyib, hər kəs ətrafına 40-50 nəfər yığıb partiya, təşkilat yaratmaqla məşğuldur. Üstəlik, bizdə partiyaların əksəriyyəti eyni istiqamət seçiblər: sağçılıq. Solçu, millətçi partiyalar azlıq təşkil edirlər və heç bir aktivliklərinə görə seçilmirlər. Azərbaycanda partiyaların əksəriyyəti hansısa bir hadisə barədə bəyanat verməkdən və qəzet buraxmaqdan başqa heç bir işlə məşğul olmurlar.
   Siyasi partiyalar, nəzəri olaraq siyasi həyatın hərəkətverici qüvvəsidir, çünki siyasi həyat özü elə siyasi partiyalardan ibarətdir.
   Bu gün Azərbaycandakı siyasi proseslərin ətrafında 3-4 partiya var, amma onlar cəmiyyətdə gedən SOSİAL proseslərə təsir edəcək qədər güclü deyillər. Örnək olaraq, hökumətin qiymətlərin qaldırmasına qarşı partiyaların heç nə edə bilməməsini göstərmək olar. Bizdəki çoxpartiyalılıq heç də demokratiyanın əlaməti deyil, "demokratiya"nın əlamətidir.
   Demokratiyanın oturuşduğu ölkələrdə siyasi mübarizə onilliklər boyu əsasən bir neçə eyni partiya arasında gedir. Artıq bizdə də situasiya eyni modelin tətbiqini zəruri edir. Siyasi partiyalarımızı xarakterizə etməli olsaq, onları təxminən üç qrupa bölmək olar: 1. YAP və "balaları"; 2. Müsavat-AXCP və "balaları". 3. Axtarışda olan, amma ortalıqda olmayan partiyalar.
   Onsuz da bu partiyaların əksəri rus "matryoşka"ları kimi bir-birinin içindən çıxıblar, indi onların yenidən "ana bətninə" qayıtmaq vaxtıdır. Necə ki, Vəhdət, ardınca da ADP "ana bətni"nin istisinə yüyürdü.
   Amma bir-birini "dəstəkləmək" əvəzinə, bir-birinin içində ərimək daha doğru yol olardı.
   Necə deyərlər, daşları yığmağın zamanı gəldi.


Oxunub: 313 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox