Hər bazar günü.
Axtarış: 
03-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
08-04-2007
Elmin Həsənli
elminhesenli@gmail.com
Elmin Həsənli
 Şikayət etmək haqqımız yoxdur

   Çünki Azərbaycanda doğulmuşuq
   
   "Alma" bağlı qaldığı müddətdə yaşadığımız və ya yaşamağa məcbur olduğumuz bu qara(mat) məmləkət maraqlı hadislərlə bol oldu. Əli İnsanovun məhkəmədəki açıqlamaları, Sirus Təbrizlinin çıxışı, Hüseyn Abdullayevlə bağlı baş verənlər əslində çox ciddi hadisələrdir. Həmçinin hansısa KİV orqanının bağlanıb-açılması da. Bu tip hadisələr cəmiyyətə güclü təsir etməliydi, ictimaiyyəti silkələməliydi, hansısa inqilabi prosesə təkan verməliydi. Amma belə olmadı! Niyə?
   Çünki Azərbaycan qeyri-ciddi ölkə olduğundan burada baş verən hadisələrin doğurduğu nəticələr də mənasız və qeyri-ciddidir. Bizdə heç bir zaman sensasiya yaranmır. Hər bir ciddi hadisə müdrik xalqımız tərəfindən qeyri-ciddiləşdirlib, bazar, çayxana səviyyəsinə endirilir.
   Mən inanıram ki, məsələn, hakimiyyət durub Qarabağı ermənilərə verdiklərini və bu məsələnin bitdiyini söyləsə, insanların sabahı hər gün necə açılırdısa, eləcə də açılıcaq. Bir az çayxanalarda, bir az da qəzetlərdə səs-küy artacaq. QAT 14 nəfərlə küçəyə çıxıb qışqıracaq, Müsavat Ukrayna meydanında 500 nəfərlik mitinq edəcək, köşə yazarları 4-5 köşəni bu mövzuya həsr edəcək, internet-forumlarda 2-3 yeni mövzu açılacaq... Vəssalam! Bizim bu zırpılıqda problemimiz bu qədər asanlıqla həll olunacaq. Mən "müdrik" sözünü ironiya ilə işlətmişdim, amma doğrudan da bizim xalq müdrik xalqdır. Axı Qarabağ problemi qədər ciddi bir məsələni bu qədər rahatlıqla hansı xalq, hansı millət həll edə bilər?
   Mən hər şeyin düzələcəyinə, nəhayət bir gün sosial partlayışın baş verəcəyinə inanmıram, cənablar! Yalnız gündəlik çörək dalınca qaçmağa məcbur olan insanlar heç vaxt inqilab haqqında düşünməyəcəklər. (Özü də inqilab deyəndə ağlınıza yalnız meydanlar, küçələr, yumruqlar gəlməsin.) Kütləni elə günə qoyublar ki, məvacibi 10 faiz artdıqda hakmiyyətə təşəkkür elan edir.
   Gör biz hansı xalq, hansı millət, hansı kütləyik ki, hakimiyyətə layiq olacaq, bizə rəhbər olacaq, bizi idarə edəcək bir kimsə tapa bilmirik. "Guya bunların yerinə gələnlər, bunlardan yaxşı olacaq ki?" tipli fikirləri az eşitmirik. Yəni doğurdandamı, bizim içimizdə bizi vicdanla, demokratik ideyalarla, heç bir şəxsi maraq güdmədən idarə edəcək kimlərsə yoxdur?
   Çoxluq belə fikirdə olduğuna görə özünü taleyilə barışmağa məcbur edir. Üstəlik son zamanlar din cəmiyyətə çox sirayət etdiyi üçün insanlarda öz mövcud durumları ilə barışmaq fikrini daha da gücləndirib. Çoxları bu fikirdədir ki, günahkarları bizim cəzalandırmağımıza ehtiyac yoxdur, onlar onsuz da axirətdə cavab verməli olacaqlar. İslama görə bu dünyada firavan həyat uğrunda mübarizə aparmaq günahdır. Hətta bu fikri intellektinə çox inandığımız və ümid etdiyimiz Fazil Qəzənfəroğlundan da eşitmişdik.
   Bu bədbinlik meşəsinin bir az da dərinlikərinə gedib görək nə var, nə yox?
   Mən belə düşünürəm ki, heç bir azərbaycanlının öz taleyindən şikayət etmək haqqı yoxdur. Ona görə ki, bizim Azərbaycanda doğulmağımız faktının özü elə bədbəxtik, bəxtsizlik deməkdir. Vəssalam da, qardaş, Azərbaycanda doğulmusansa, deməli, sənin mənəvi və maddi həyatın it günündə olacaq.
   Elə bu yazını yazdığım vaxtda əlimə qəzetlərdən biri keçir, hansı ki manşeti belədir: "ABŞ Dövlət Departamenti Azərbaycanı tənqid etdi..." Mən bilmirəm Qərb bizimlə məzələnir, yoxsa bu qəzetlər?


Oxunub: 579 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox