Hər bazar günü.
Axtarış: 
03-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
15-04-2007
Elmin Həsənli
elminhesenli@gmail.com
Elmin Həsənli
 Təpəgöz Vətən

   ... Necə əsəbiləşməyəsən?
   
   Göz görə-görə bu ölkədə hər kəs yalan danışır. Özü də adamın gözünün içinə baxıb da yalan danışır. Televizorda məmur, müğənni, qəzetdə köşə yazarı, jurnalist, manşet, avtobusda sürücü, sərnişinlər, küçədə polislər, dilənçilər, əl-ələ verib gəzişənlər, evdə ata, ana, qohum , tanış... Siz azərbaycanlının gülümsəməsinə qətiyyən inanmayın, onun gülməyi belə, saxtadır, yalandır. Bu qədər problemlər içində gülməyi belə unutmuşuq biz. Şəhərdə gülümsəyən insanlar ya başqa milətlərdəndir, ya da «rus dilli təbəqə»yə aid olanlar.
   ...Bizim bu saxta-taxta-tuxta vətənpərvər, millətçi atalarımız özlərinə bənzər övladlar yetişdirib buraxırlar bu ölkənin canına. İnternet forumlarda, tədbirlərdə, kanallarda hər yerdə bu vətənpərvərlər çıxırlar qarşımıza. Özü də bunlar bizləri qan tökməyə, insan öldürməyə, vəhşiliyə, barbarlığa çağırır. Ölkənin ən çox baxılan kanalında aparılan təbliğata baxın bir: «Allah səbr verməsin!» Bu adamlar gəncləri ancaq hərbçi, əsgər görmək istəyir. Bu adamlar bizləri ermənilərin etdiklərini təkrarlamağa çağırırlar. Sual verirəm: «Ey, məni qan tökməyə, intiqam almağa, baş kəsməyə çağıran insan, sənin ermənidən fərqin nədir?...» Burax özüm də cavab verim: «Heç nə!»
   ...Bəli, bunlar adamyeyən maşın olan vətən üçün yaxşıca yem kimi baxırlar insanlara. Vətəni insanla qidalandırmaq lazım imiş. Vətən Təpəgöz-zaddır elə bil. Niyə həyata yalnız bircə dəfə gələn insan vətən tərəfindən udulmalıdır? Bəyəm vətən deyilən bu toz-torpaq üçün ölməyə doğulub insan? «Torpaq uğrunda ölən varsa - vətəndir». Bəs bu «uğrunda ölən» adam kimdir? Qurbanlıq qoyundur?
   ...Bunlara anlatmaq olmur ki, vətəni sevmək toz-torpağı, dağı-daşı sevmək deyil. Vətəni sevmək onun adamlarını, yəni bu toz-torpağın içində itib-batmışları sevməkdir. Özünü rüşvətxor bir məmurun yerində təsəvvür edən bir gəncin vətənpərvərlikdən danışması absurd deyilmi? Bu ölkədə hər bir gəncin prokuror, nazir olmaq istəyi onun varlı olmaq arzusuyla eyni şeydir. Vətən sevgisindən, qeyrətdən, namusdan, kişilikdən dəm vuran insanın rüşvət alması ən böyük xəyanətdir vətənə, onun insanlarına. Rüşvət alan adamın vətənpərvərliyinə lənət!
   ...Məktəblərdə vətənpərvərlikdən danışdıqda uşaqlara dağı, daşı, torpağı, ağacları, otları sevməyi öyrətmək lazım deyil. Onlara öyrətmək lazımdır ki, heç bir zaman insanların hüquqlarını pozmayın, heç bir zaman rüşvət almayın, vəzifənizdən sui istifadə etməyin! Hər bir insana hörmət edin! Və onlara başa salmaq lazımdır ki, əsl vətənpərvərlik bax, elə budur. Vətəni qorumağın, orduda xidmət etməyin vətən sevgisinə, vətənpərvərliyə heç bir dəxli yoxdur. Bu, hər kəsin dövlətlə müqaviləsində onun öhdəliyidir zatən, vətən sevgisinə aidiyyatı yoxdur.
   ...Seçkilərdəki saxtakarlıq müvəqqətidir, bir müddətdən sonra bu problemi aradan qaldırmaq asandır. İnsanların hisslərinin saxtalığı probleminin çözülməsi üçün nə qədər vaxt lazımdır görəsən? İnkişaf etmək üçün bu mikrobun bir nəsildən o birinə keçməsinin qarşısını almalıyıq.


Oxunub: 380 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox