Hər bazar günü.
Axtarış: 
03-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
29-04-2007
Elmin Həsənli
elminhesenli@gmail.com
Elmin Həsənli
 Azərbaycan has failed

     
   Ötən həftəki yazımdan sonra Abbas forumda mənə yazdı ki, "bəs, qardaş, bu nədi yazmısan, sənin ətrafında bu qədər ciddi mövzular var, niyə yazmırsan onları?"
   "Alma-forum"u oxuyanlar bilir, Abbas mənim oxuduğum ali məktəbi nəzərdə tuturdu. Hətta mənim bilmədiyim elə faktlar dedi ki, dəhşətə gəldim. Həmin mövzunu Abbasın çiyninə qoyduğumuz üçün daha o haqda yazmıram.
   Amma insan necə susa bilər ki, Rüfət demişkən, "təhsil sistemi has failed".
   Bizdə nə iflasa uğramayıb ki? Cəmiyyət iflasa uğradıqca, onun təhsili də, mədəniyyəti də, insanları da, dövləti də iflasa uğramaqda davam edir. Bəlkə də yanılıram. Bəlkə də bizdə elə əvvəldən nə normal təhsil olub, nə mədəniyyət, nə dövlətçilik. Axı olmayan bir şeyin iflasa uğraması ideyası absurddur.
   Ümumilikdə cəmiyyət necədirsə, ayrı-ayrı xırda qruplar, hətta ailələr də cəmiyyətin o modelinə, quruluşuna tam uyğun gəlir. Məsələn, ailələrimizdə ataların diktatorluğu və uşaqların səssiz-səmirsiz ona tabe olması
   İndiyə kimi eşitməmişəm ki, məsələn, hansısa orta məktəbin direktoru öz vəzifəsindən özünün istəyilə istefa versin. Həmin adamın binadan mütləq meyidi çıxmalıdır, ya da zorla kreslosu ilə birlikdə bayıra atmalıdırlar ki, dur cəhənnəm ol, yerinə səndən daha çox pul verən başqası var.
   Artıq zəhləmizi tökən bu həyasız qoca müəllimlər də belədir. Universitet binalarında canları çıxmayınca özləri çıxmazlar. Hətta universitetlərdə elə müəllimlər var ki, bir mərtəbədən o birinə qalxmaq üçün 15 dəqiqə vaxt lazım olur onlara, artıq ayaqları yerimir. Hətta qulaqları birtəhər eşidən, gözləri görməyən müəllimlər də doludur. Bu müəllimləri zorla qollarından tutub salırlar auditoriyanın içinə. Onlar da öz saralmış vərəqlərindən məzmununu çoxdan itirmiş mühazirələrini oxuyur, 80 dəqiqəni birtəhər yola verib o biri auditoriyaya keçir.
   Sovet təfəkkürlü bu insanlar üçün tələbə heç kimdir, onun üçün tələbənin nəsə öyrənməsi vacib deyil, onun üçün planın dolması önəmlidir.
   Niyə bu adamlar ərizə yazıb təqaüdə çıxmırlar? Bu qədər gənc arasında biabır olmaqdansa, evində rahat oturub öz nəvələri ilə məşğul olmaq daha gözəl olmazmı?
   Yoxsa sizinlə sərt danışmağa ehtiyac var???
   Lənətə gələsiniz!... Bezdirmisiniz bizi. Təkcə təhsildə, universitetlərdə yox, elə hər yerdə!
   Kəsmisiniz bizim qabağımızı. Məsələ sizin yaş baxımdan qocalığınızda deyil, siz elə gənc olan zamanlarda da belə iyrənc qafalı olmusunuz, buna əminəm. Çünki sizin kimi düşünən, yaşayan, yatıb duran, gəzib dolanan, geyinən, silahlanan, sizin kimi ömrümüzü məhv edən az gənc yoxdur Azərbaycanda. Öz virusunuzu onlara da ötürmüsünüz. Özü də bu elə virusdur ki, buna anti-virus tapmaq çox çətindir. Onların sağalması üçün yüzlərlə "Alma" lazımdır, sizsə heç birinin də yaşamasına imkan vermirsiniz.
   Nə istəyirsiz? İstəyirsiz ki, nə vaxtsa, hansısa bir tələbə sizlərdən birini atsın pəncərədən aşağı, ondan sonra ağlınız başınıza gəlsin?
   İndi siz hesab edirsiniz ki, bu atalar-oğullar problemi həmişə olub və indi də olmağı normaldır? Xeyr! Normal-zad deyil. Burada təkcə ata-oğul məsələsi deyil. Bizi narahat edən bütöv bir ölkədir.
   O ölkədə ki, öz rüşvət virusunuzla, çürük fındığa bənzər mental dəyərlərinizlə, öz geri qafanızla on minlərlə insanın inkişafının qabağını almısınız. dünya rokla müharibələrə, haqsızlıqlara etiraz etməkdəykən, siz öz mahiyyətsiz, bayağı xalq və antixalq mahnılarınızla eyş-işrətdən, eşq macəralarından dəm vurursunuz.
   İnkişaf etməmək bilirsiniz nə deməkdir? İnkişaf etməmək yaşamamaq deməkdir. Yaratdığınız bu əclafdan əclaf sistemlə milyonlarla insanın yaşamasının qarşısını alırsınız.
   Bu ölkənin gəncinin intihar etməsinə, narkoman olmasına, siqaret çəkib, araq içməsinə nə sözünüz ola bilər bundan sonra?


Oxunub: 455 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox