Hər bazar günü.
Axtarış: 
03-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
03-06-2007
Elmin Həsənli
elminhesenli@gmail.com
Elmin Həsənli
 Mırlaqon yazı

      
   Havalar yaman istidir, dostlar!
   Əgər mən məsələn, "Yeni Müsavat", yaxud "Azadlıq" qəzetinin köşə yazarı olsaydım, öz yazıma təxminən yuxarıdakı cümlə ilə başlar və bu istinin günahını "tayfa-klan" rejimi"ndə görər, mövcud iqtidarı süni şəkildə istilik yaratmaqda suçlayardım. Və həyasızcasına sübut etməyə çalışardım ki, hakimiyyətin bu istiləri yaratmaqda əsas məqsədi xalqı ruhdan salmaq, problemləri unutdurmaqdır.
   Doğrudan da bu isti havada insanların yeganə dərdi bir bakal pivə deyilmi? Allaha şükürlər olsun ki, bu gün insanlarımızın maddi vəziyyəti onların gündə heç olmasa bir bakal pivə içməsinə imkan verir. Gündə bir bakal pivə içən bığlı-saqqallı Azərbaycan kişisi bununla da özünü xoşbəxt hiss edir, qarnını bir metr də qabağa uzadır və ulu Tanrıya mənim kimi şükürlər edir.
   Amma bu Tanrının müxalifət üçün göndərdiyi əsl sürprizdir. Sadəcə, bunu anlamaq lazımdır və bu tarixi şəraitdən istifadə etmək gərəkdir. Necə? Çox sadəcə. Əgər mən müxalifətin siyasi texnoloqu olsaydım, bu vəziyyətdən istifadə edər və ölkədə pivə inqilabı hazırlayardım. Təsəvvür edin, bütün insanları pivə içməyə çağırırsan, hətta bir neçə gün zəhmətkeşlər üçün pulsuz pivə günləri təşkil edirsən. Sonra bütün şəhər pivə içməyə başlayır. Küçələrdə su əvəzinə ancaq pivə satılır. İnsanlar çay əvəzinə pivə içir. Və belə olduğu halda hökumət insanların pivəsini çatdırmır. Qəzəblənmiş kütlə pivə tələb edir. Küçələrdə etiraz aksiyaları başlayır və insanlar pivəxanaların masalarını, pəncərələrini sındıra-sındıra Prezident Aparatına tərəf hərəkət edir. Xalq prezidentdən pivə tələb edir. Beləliklə, xalqı pivəylə təmin edə bilməyən iqtidar istefa verir. Muxalifətsə bu arada öz anbarlarında gizlətdiyi pivə boçkalarının ağzını açaraq xalqa paylayır və hakimiyyətə gəlir.
   Hə, dostlar, havalar doğrudan da isti keçir. Onu deyim ki, müxalifətin "siyasi inqilab" planı mənim "pivə inqilabı" ssenarimdən daha ciddi deyil. Bir az realist olmaq lazımdır, realist.
   Bu arada, Avropa Şurasının baş katibi Terri Devis Azərbaycanda mətbuatın vəziyyətindən narahat olduğunu bildirib. Mənsə Həmid demiş, "elə öz kayfımdayam". Oturmuşam evdə, qabağımda pivə, internetdəyəm bütün günü. Heç nəyə görə də narahat deyiləm. Nəyimə lazımdır axı? Bu ölkədə kimlərsə şahmat oyunu oynayacaq, bizsə öz xoşumuzla bu oyuna qatılacağıq? Halbuki bu oyuna heç kimi zorla qoşmurlar və oyuna qoşulmağın sonu dəmir barmaqlıqlardır, ya da sabun fabriki.
   Nəyimə lazımdır? Minlərlə "adam"a verdiyimiz narahatlıq heç də insanlığa sığmır. Biz nə qədər qəddarıq? Azərbaycan xalqına bu qədər əzablar vermişik. Onları narahat etmişik. İnsan bütün mənasızlığı ilə yenə də insandır. Bunu unutmaq olmaz.
   Məsələn, Ağalar müəllimin yazısından xeyli insan narahat olursa, əsəb gərginliyi keçirirsə, bu, heç də normal hal deyil. Onsuz da heç nəyi dəyişdirə bilməyəcəyik bu ölkədə. Elə 5-10 nəfəri, yəni özümüzü dəyişdirə bilmişiksə, bu özü böyük xoşbəxtlikdir.
   Fürsətdən istifadə edib xarici ölkələrdən sığınacaq istəyən jurnalistlərə buradan öpücüklər göndərirəm və onlara deyirəm ki, universiteti bitirim, hərbi xidmət keçim (bu ölkəylə heç bir alıb verəcəyim olmasın deyə), sonra mən də gələcəm yanınıza. Sizin ömrünüzün yarısı burada çürüyübsə, mən də sizlərdən biri olmaq istəməzdim.
   İnsan bir dəfə gəlir dünyaya, insanın bir ömrü var. Onu da Azərbaycanda yaşamaq? Siz dəli olmusunuz, yoxsa Ələkbər demiş, manyakmısınız?


Oxunub: 338 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox