Hər bazar günü.
Axtarış: 
03-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
08-07-2007
Elmin Həsənli
elminhesenli@gmail.com
Elmin Həsənli
 Azərbaycanlılara qoşulma!

   Bunu Aqşin demişdi. Sonra da əlavə etmişdi ki, yoxsa bu azərbaycanlılar basıb bizi yeyəcəklər.
   Xaqani Has isə, kimdir bu adamlar azərbaycanlılar- sualına deyəsən, tam cavab tapa bilmədi?!
   Bəşəriyyət qlobal məsələlərlə məşğul olduğu bir vaxtda biz balaca bir xalqın mənasız fəlsəfəsi ilə məşğuluq, onun genetikasını araşdırırıq, bəlalarının səbəblərini öyrənirik.
   XXI əsrin fəlsəfi problemləri qarşısında deyəsən, birinci yerdə "Azərbaycanlılar kimdir?" məsələsi dayanacaq.
   Hmmm... Axı kimdir bu insanlar, harada, nə vaxt doğulurlar, harda ölürlər?
   Azərbaycanlıların harada doğulub, harada öldükləri haqqında bir versiya gəlib ağlıma: azərbaycanlılar şadlıq evlərində doğulurlar, şadlıq evlərində də ölürlər.
   Təəccüblənməyin. Yəqin çoxunuz toylarda iştirak edirsiniz. Heç fikir verməmisiniz, orda azərbaycanlılar necə yaranıb, 5-6 saatdan sonra da yarandıqları kimi necə məhv olurlar?
   Azərbaycanlılar toy prosesi ibtidai icma quruluşunda yaxşıca ov etmiş insanların bayram etməsinə bənzəyir. Azərbaycanlıların kababa olan həvəsi də ibtidai icma dövründən qalma bir şeydir. Kabab- vəhşi insan yeməyidir. Azərbaycanlılar bir az inkişaf edərək, kababın bir neçə növünü kəşf ediblər. Yəni öz ibtidailiklərini inkişaf etdiriblər.
   Azərbaycanlıların bu qədər tullanıb düşərək, az qala dünyanı dağıdacaq şəkildə özlərini elə aparırlar ki, sanki çox ciddi və əhəmiyyətli hadisə baş verir. İki mənasız adam (bu şəkildə özünə toy edən, evlənən, ailə həyatı quran insanları sadəcə belə adlandırmaq olar), ən uzağı bu dünyaya iki oğlan uşağı bəxş edəcəklər. O uşağı- balaca tanrını - böyüdüb, böyüdüb axırda özləri kimi yekə bir azərbaycanlı edəcəklər.
   Dünya elminə məlum olmayan bu qeyri-adi məxluqlar özlərindən necə həzz alırlarsa, bunu bir Allah bilir, bir də ki elə özləri. Məsələn, hər bir azərbaycanlı bilir ki, oxumamaq, kitab üzü açmamaq çox faciəvi bir şeydir. Amma eyni zamanda onlar, oxumadıqlarına, tutalım rüşvətlə ali məktəbə qəbul olduqlarına görə fəxr edirlər. Heç kitab oxuyanda kimsə sizin otağınıza girib belə bir söz demiyibmi: az oxu, birdən alim olarsan. Gördüz ki, bu adamlar, Günel demiş - mənasız və mahiyyətsiz həyatlarından necə həzz alırlar.
   Nə deyəsən daha bu adamlara? Ana mahnısı sifariş verməyi özünün ictimai məqsədi sayan kişilərə... Analara... Atalara... Oğullara... Qardaşlara... Bacılara...
   Azərbaycanlının rüşvəti pisləməsinə, korrupsiyaya, diktaturaya qarşı mübarizə aparmasına inanmayın. Rüşvətə yox deyən azərbaycanlı 5 addım atmamış rüşvət verəcək. Mütləq bunu edəcək. Özü də ona görə yox ki, onu rüşvət verməyə məcbur edirlər, bu adamlar özlərinin rahatlıqları üçün mütləq ideyalarına satqın çıxacaqlar.
   Deyirlər insan biososial varlıqdır. Amma demirlər ki, azərbaycanlı bu varlığın ancaq birinci hissəsindən ibarətdir. Ancaq bioloji varlıq olmağı bacaran bu adamlar haqqında nə qədər yazmaq, nə qədər demək olar? Amma unutmayaq ki, təkrar biliyin anasıdır. Bu adamlar bizi basıb yeməsinlər deyə, hər zaman onlardan uzaq qaçmaq lazımdır. Bu azərbaycanlılar azərbaycanlı olmaq istəməyən azərbaycanlıları (vətəndaş anlamında) mütləq, zor gücünə azərbaycanlı edəcəklər. Aldada-aldada tələyə salıb, bizləri bir-bir ovlayacaqlar. Bərk dayanmaq lazımdır, dostlar, bərk!


Oxunub: 421 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox