Hər bazar günü.
Axtarış: 
03-09-2010.
Baş səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Müsahibə
Dəyirmi masa
İqtisadiyyat
Təhsil
Gənclik
Layihə
Reportaj
Güney
Mədəniyyət
Gecə kanalı
Ədəbiyyat
Əyalət
Kriminal
Dünya
İdman
Son Səhifə
Əlaqə
İqtisadiyyat.

Abşeron - ekoloji fəlakət zonası
Təhsil.

Rektorların səlahiyyətləri genişləndirilir...
Mədəniyyət.

“Təlxəklər müharibəsi”: Saray musiqisinin sonu
Reyting
Forum
Forum
Arxiv:
11-02-2007
Elmin Həsənli
elminhesenli@gmail.com
Elmin Həsənli
 Möcüzəsiz ölkə

   Hakimiyyət-xalq münasibətləri kimi, müxalifət-xalq münasibətləri də normal deyil
   
   Həftə boyu Qarabağ münaqişəsinin həlli yönündə "aparılan işlər" əvvəlki kimi öz nətəcisizliyində, Minsk Qrupunun həmsədrləri mücərrəd açıqlamlar verməkdə, prezident öz rəsmi səfərlərində, müxalifət köhnə ampulasında qalmaqda davam etdi. Tarif Şurasının yenidən qiymətləri qaldıracağı barədəki qeyri-rəsmi xəbərlər isə yavaş-yavaş reallaşır. Azərbaycanda hər zaman gündəmdə olan bəzi ciddi məsələlər digər süni problemlərin ortalığa atılması ilə gündəmdən salınır. Örnək olaraq iki fraqmentə baxmaq yetərlidir: bahalaşma və ADP. ADP ətrafında baş verən son hadisələr gündəmdəki bahalaşma şokunu unutdurub sanki.
   Hökümət qiymətlərin süni şəkildə qaldırılmasının qarşısını almağa çalışır. Ancaq ortalıqda heç bir süni bahalaşmadan söhbət gedə bilməz. İstənilən malın, xidmətin qiymətinin qaldırılması Tarif Şurasının qərarının məntiqi nəticəsidir. Bahalaşmanın qarşısının alınması üçün yarmarkalar təşkil edilir, yumurtanın və toyuq ətinin qiyməti ucuzlaşdırılır. Belə çıxır ki, ölkədə hamı gecə-gündüz yalnız yumurta və toyuq əti yeyir? Bəs digər malların və xidmətlərin qiymətlərinə kim nəzarət edəcək? İcarə haqqlarının qaldırılmasına ümumiyyətlə, nəzarət etmək mümkündürmü? Ticarət obyektinin icarə haqqı qaldırılmış sahibkar malların qiymətlərini qaldırmağa məcburdur. Deməli, ölkədə bahalaşma dalğası hələ təzə başlayıb və insanlar öz gündəlik həyatlarında bunu o qədər güclü şəkildə hiss etmirlər. İndi bizi düşündürən digər bir məsələ isə insanların nədən bütün baş verənlərə etiraz etməməsi məsələsdir. Doğurdan da, əsas sosial hüquqları kobudcasına tapdanan insan niyə etiraz emir? Axı demokratik cəmiyyətlərdə insanların protest hüququ var. Deməli, problem öncə, bu "demokratik cəmiyyət" məsələsindədir. Bu isə yetərincə xırdalanmış mövzudur.
   Azərbaycan kimi ölkələrdə insanlar özləri möcüzə yaratmaq istəmir, heç bir sosial-siyasi aktivlik göstərmədən, möcüzənin nə zamansa baş verəcəyini gözləyirlər. Elə indiki vəziyyətdə də insanların etiraz etməmələrinin əsas səbəblərindən biri də budur. Aydındır ki, kütləvi etirazın təşkil olunması üçün lider lazımdır və insanlar əslində belə bir liderin artıq mövcud olduğuna və nə vaxtsa peyda olacağına inanmır. Onların bu inamsızlığının nəticəsində müxalifətin təşkil etdiyi aksiyaların heç bir siyasi effekti olmur. Azərbaycanda hakimiyyət-xalq münasibətləri kimi, müxalifət-xalq münasibətləri də normal deyil.
   Bahalaşmaya etiraz olaraq Müsavat partiyası fevralın 18-ə yenə mitinq təyin edib. Bu mitinqin əvvəlkindən nə qədər uğurlu olacağı hələ sual altındadır. Belə ki, insanlar möcüzənin Ukrayna meydanından başlayacığına o qədər də əmin deyillər. Müxalifət düşərgəsindəki son hadisələr də həmin mitinqin uğursuzluğuna xeyli təsir edəcək. "Azadlıq" bloku ilə Müsavatın taktikalarının hansının daha uğurlu, daha perespektivli olması haqqında gedən müzakirələrə artıq bir nöqtə qoymaq lazımdır. Hər iki müxalif təşkilatın taktikalarının uğursuz olması, köhnəlməsi göz önündədir. Deməli, artıq siyasi həyata yeni ideyaların, mübarizə üsullarının, daha savadlı və müasir gənc liderlərin gəlməsi zamanıdır.


Oxunub: 370 dəfə.
Cavid Ramazanov
Absurdistanda ədəbiyyat davasıCavid Ramazanov
Mirmehdi Ağaoğlu
Və sakit axırdı DonMirmehdi Ağaoğlu
Aliyə Nil
Kiçik hərflər...Aliyə Nil
Aygün Aslanlı
Serial mədəniyyətdir, yoxsa mədəniyyətsizlik?Aygün Aslanlı
Fəxrəddin Hacıbəyli
Bizi birləşdirən nədir?Fəxrəddin Hacıbəyli
Məhəmməd Rza Ləvai
Öncə azadlıq, sonra həqiqətMəhəmməd Rza Ləvai
Ziyad Quluzadə
Teoya sonuncu məktubZiyad Quluzadə
Səbinə Səhra
XalalarSəbinə Səhra
Anar AĞAYAROVun istehsalı.
HTML 4.0.1 CSS 2 WAI-AA
IE Opera Firefox